Türkiyədə koronavirusa daha 1 614 yoluxma qeydə alındı
Türkiyədə son bir gündə 64 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə ümumilikdə 3 461 nəfər pandemiyanın qurbanı olub.
Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
O, qeyd edib ki, ölkədə virusa daha 1 614 yoluxma qeydə alınıb. Beləliklə, pandemiya ərzində koronavirusa yoluxanların ümumi sayı 127 659 nəfərə çatıb.
Koronavirusa yoluxmuş 5 015 nəfər sağalaraq evə buraxılıb. COVID-19-la bağlı 35 771 test aparılıb.
Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVİD-19, martın 11-də isə koronavirusu pandemiya elan edib.