Kəlbəcərə və Zəngilana gedib-gələn yollar açıldı! –Bizim üçün yox….
30 ilə yaxındır ki, biz Minsk Qrupunun, ABŞ-ın, AŞ-ın, Kremlin göstərdiyi sülh yolu ilə gedirik, hələ bir kəndimizə də çata bilməmişik…
Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda sülənən ermənilər arasında koronavirusa yoluxmuş ermənilər sağaldığından və digərlərinin yolxuma ehtimalı azaldığından Xankəndidəki separatçı-terrorçu rejim bölgədəki karantini ləğv edərək rayona gediş-gəliş yollarını açıb.
İşğalçı ölkə nəşrlərinin yaydığı məlumatda Ermənistanla “Kovsakan” adlandırılmış Zəngilan rayonu arasındakı karantin postu da götürülüb və rayona giriş-çıxışa icazə verilib./moderator.az/
P.S. 30 ilə yaxındır ki, biz BMT-nin, ATƏT-in Minsk Qrupunun, ABŞ-ın, AŞ-ın, Kremlin göstərdiyi sülh yolu ilə gedirik, hələ bir kəndimizə də gedib çıxa bilməmişik… Amma neftimiz-qazımız, milyardlarla pullarımız dünyanın yollarını fır-fır fırlanır…
Sultan Laçın