Anar Ələkbərov aztəminatlı ailəyə şəxsən zəng etdi

Torpaqları həbs olunan icra başçısı tərəfindən mənimsənilən ailənin müraciətini ölkə başçısı nəzarətə götürüb.

Müraciətdə bildirilirdi ki, ailəyə məxsus olan torpaqlar sabiq icra başçısı tərəfindən qanunsuz olaraq zəbt olunub. Onlar Prezidentdən həmin torpaqların geri qaytarılmasına kömək etməsini xahiş edirdilər. Bu barədə  Prezident İlham Əliyev  mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bildirmişdi

Müraciət yayılandan sonra Prezidentin köməkçisi Anar Ələkbərov həmin ailəylə əlaqə saxlayıb.

Bu barədə ailə başçısı Vaqif Abışov məlumat verib:

“Əvvəlcə Heydər Əliyev Fondundan zəng vurub yerin sənədləri ilə maraqlandılar. Sonra isə cənab Prezidentimizin köməkçisi Anar Ələkbərov zəng etdi. O, özü də şəxsən məsələ ilə bağlı maraqlandı, çox səmimi şəkildə dərdimizi dinlədi. Bildirdi ki, əgər bizim dediyimiz kimi olsa, torpaqlar geri qaytarılacaq. İnanın dünəndən sevincimizin həddi-hüdudu yoxdur. Bu diqqət bizə ikinci həyat bəxş etdi. Allah cənab Prezidentin, Mehriban xanımın canını sağ etsin”.

Dünən axşam Prezident İlham Əliyev də yeni Baş prokuroru videoformatda qəbulu zamanı bu məsələyə toxunub:

“Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password