Mahir Quliyevin barəsində həbs qətimkan tədbiri seçildi
Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Hakim Anar Tanrıverdiyev Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, dünən İcra başçısının DTX əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirildiyi barədə dövrü mətbuatda məlumatlar yayılmışdı.Bu gün isə M.Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib./report.az/