Azərbaycanda postpandemiya dövründə aqrar sektora dəstək layihəsi hazırlanır

Postpandemiya dövründə kənd təsərrüfatı sahəsində çalışan fermer və kənd əhalisinə müəyyən qədər dəstəyin verilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən layihə hazırlanır. 

Bunu “Pandemiya zamanı və sonrakı dövrdə ərzaq təhlükəsizliyi” mövzusunda keçirilən onlayn görüşü zamanı Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin protokol sektor müdiri Toğrul Qafarbəyli deyib.

Onun sözlərinə görə, ümumilikdə, bu sahəyə dövlət mütəmadi olaraq dəstək verir və bu atılan silsilə addımlar sonda bir nəticə verəcək.

“Əsas odur ki, bu gün ölkənin ərzaq təhlükəsizliyi təmin olunur. Kənd təsərrüfatı sahəsinin xarici valyuta əldə etməsi vacib bir məqamdır ki, bu istiqaməti mütləq şəkildə inkişaf etdirmək lazımdır. Bu, ölkəyə stabil valyuta gətirə biləcək sahədir. Ölkədə kənd təsərrüfatı məhsulları ilə bağlı proteksionizm siyasəti aktiv şəkildə təşviq olunmalıdır. Bu, daxili istehsal sayəsində ərzaq təhlükəsizliyimizi təmin etmək deməkdir. Sözsüz ki, idxal edəcəyimiz məhsullar da çoxdur. Amma yaşam üçün lazım olan məhsulların əldə olunması daxili istehsal ilə mümkündür”, – deyə T. Qafarbəyli qeyd edib.

O həmçinin əlavə edib ki, xarici və daxili sahibkarların kənd təsərrüfatı sahəsinə investisiya yatırması çox vacibdir.

“Sahə investisiya tələb edən sahədir və postpandemiya dövründə bu sahəyə qoyulan investisiyaların sayı daha çox olmalıdır”, – deyə T. Qafarbəyli əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password