ADNA-da törədilən terror aktından 11 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş dəhşətli terror aktından 11 il ötür.

Aktualinfo.org xatırladır ki, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci tədris binasına silahlı hücum olub. Hadisə nəticəsində 12 nəfər qətlə yetirilib.

Teraktı törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurub. Hüquq-mühafizə orqanı əməkdaşlarının olay yerində apardığı araşdırmadan sonra cinayətkarın 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov olduğu məlum olub.

Terror zamanı həyatını itirən şəxslərin siyahısı belədir:

1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)

2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)

3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)

4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)

5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)

6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)

7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)

8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)

9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)

10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)

11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)

12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

Qeyd edək ki, 2010-cu il avqustun 14-də Dövlət Neft Akademiyasında baş vermiş qanlı olayla bağlı məhkəmədə Cavidan Amirov, Ariz Qabulov, Nəcəf Süleymanov və Nadir Əliyevə hökm oxunub. Məhkəmənin hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password