Tarixin ən böyük iqtisadi böhranı qapıda – Dünyanı qorxuya salan GƏLƏCƏK
ABŞ iqtisadiyyatı koronavirus pandemiyasının başlanmasından sonra uçuruma doğru yuvarlanmaqdadır.
“The Wall Street Journel” avtomobil, turizm və əyləncə sektoru ilə yanaşı, son dövrlər inkişaf edən səhiyyə sektorunun da iflasa uğrayacağını yazıb.
ABŞ-ın milli borcu tarixdə ilk dəfə olaraq 24 trilyon dolları keçib. Tramp hökuməti son dörd ildə milli borcu 4 trilyon artırıb. Bu borc Mərkəzi Bankın (FED) pul kəsmə proqramını başlatmasından bir neçə həftə sonra açıqlandı.
ABŞ-da işsizliyin 13 faizə qədər artacağı gözlənilir. Ölkədə şirkətlər ardarda iflaslarını elan edirlər. Ümumilikdə isə COVİD-19 pandemiyasının dünyaya 5,5 trilyon dollar ziyan vuracağı proqnozlaşdırılır. Mütəxəssislər dünya tarixinin ən böyük iqtisadi böhranının qapıda olduğunu açıqlayırlar./publika.az/