Şabranda meşələrdə də cari təmir işləri aparılır – müəmmalı tender yolu ilə

 

Son vaxtlar ölkə ərazisinədə,ayrı-ayrı rayonların bir çox meşələrində yaşıllıqların kütləvi şəkildə məhv edilməsi barədə geniş məlumatlar yayılır.Bu xüsusda Aktualinfo.org ötən il Qax meşələrində qiymətli ağacların kəsilərək taxta-şalban sexlərinə daşınması barədə geniş məqalə yaymışdı.Redaksiyamıza meşələrlə bağlı daxil olmuş yeni məlumatlarda ağacların kütləvi şəkildə qırılmasından söhbət getmir.Amma bu hallar da istisna edilmir.Məlimatlar Şabran Regional Meşə Təsərrüfatı Mərkəzində gizlətməyə çalışdıqları bir sıra məsələlərin heç də ağacların qırılmasından geri qalmayan işlərlə bağlıdır.Sən demə burada meşələrdən əldə olunan gizlin gəlirlərdən başqa,ayrılmıış dövlət vəsaitlərinin kənarlaşdırılmasına da yol verilirmiş.

Aktualinfo.org əldə etdiyi məlumatlar ətrafında apardığı axtarış zamanı Şabran Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən elan olunmuş tenderlər barədə elektron satınalmaların saytında çox az məlumatlara rast gəldi.Mərkəzin   cari təmir işləri,mal materialların satınalması üzrə elan etdiyi kotirovka sorğularında ətraflı heç bir məlumat verilmir. Halbu ki,satınalmalar haqqında qanuna görə alınacaq malların siyahısı,miqdarı və məbləği açıq olmalıdır. Belə ki, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin  cari təmir işlərinin satılması üzrə dərc olunduğu tarix bəlli olmayan tenderin qalibi 12.04.2020-ci il tarixdə “Trades” Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.Mərkəzin həyata keçirdiyi bütün dövlət satınalmalarında görüləcək işlər barədə geniş məlumatların verilməməsi tenderlərin şəffaf şəkildə kecirilməsinə şübhələr yaradır.Götürək elə yuxarıda qeyd etdiyimiz cari təmir işlərinin satınalması üzrə keçirilmiş tenderi. Bu tenderdə Şabran Regional Meşə Təsərrüfatı Mərkəzi “Trades”MMC ilə görüləcək cari təmir işləri üçün 476272.37 manat dəyərində müqavilə bağlayıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “Trades”MMC Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 27.09.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Hüseynov Fərid Ələkbər oğlu olan MMC-nin 10 manat nizamnamə kapitalı var.Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu,Təbriz küçəsi ev 56 olan MMC göründüyü kimi Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin qalib elan etdiyi gündən cəmi 5 ay qabaq yaradılıb. Burada satınalmalar haqqında qanunu tələblərinə riayyət olunmadığı ilk baxışdan görsənir. Amma mərkəzin Tender Komissiyası nədənsə ya bunu gözardı edib,ya da iddiaçıların tenderdə iştirak etmək üçün təqdim etməli olduqları sənədlərdə qanunun yol vermədiyi amilləri unudub.
Tender Komissiyasinin ən  birinci nəzərə almalı olduğu şərt, iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı,son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı,son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti,anoloji işlərdə təcrübəsi, iddiaçının potensialı, texniki və kadr imkanları haqqında rəsmi məlumatlar olmalıdır. Lakin görəsən “Trades”MMC ilə 476272.37 manat dəyərində müqavilə bağlanarkən bu şərtlərin hansı birinə əməl edilib. Təbii ki,heç birinə.Beş ay əvvəl yaradılmış 10 manat nizamnamə kapitalı olan bir MMC -nin nə kimi maddi texniki bazası,kadr potensialı,analoji işlərdə təcrübəsi ola bilər? Digər tərəfdən Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin cari təmir işlərinə beş yez min manat civarında dövlət vəsaitinin ayırması özü elə şübhələr yaradır. Meşələrdə çarı təmir işləri necə aparılır.Bu olsa,olsa mərkəzin inzibati binasının təmiri üçün ayrıla bilər ki,bu da cari təmir üçün qat-qat çox bir məbləğdir.

Bu tenderin keçirilməsində maraqlı olanlar kimlərdir? Qeyd edək ki,Şabran Regional Meşə Təsərrüfati Mərkəzinin direktoru Bəybala Allahyarov uzun müddətdir bu sahədə çalışır.Məlumatlara görə Şabran meşələrində yaşıllıqların qorunması ilə yanaşı müxtəlif yollarla qiymətli ağacların taxt-şalban sexlərinə yol açmasının da üsullarını çox yaxşı bilir. Mövzü ətrafında aparığımız bir sıra məlumatlara biz burada toxunmaq istəməzdik.Qiymətli  fıstıq, vələs və bir çox ağaclarının qanunsuz kəsilməsindən tutmuş, ağac olmayan meşə ərazilərinin çoxunu qeyri-rəsmi otlaq yeri kimi icarəyə verilməsinə qədər, yanacaq xərci, ağaclara texniki qulluq və sair adlar altında silinən pullardan tutmuş, mövsümü fəhləliyə cəlb edilən,adı olub özü olmayan adamlara yazılan mükafatlara qədər verilmiş məlumatların dəqiqləşdirilməsinə ehtiyac olduğundan.Lakin araşdırmalarımızı davam etdirəcək,Şabran Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən elan olunmuş tenderlərdə bizlərə qaranlıq qalan bir çox məsələlərə aydınlıq gətirməyə çalışacağıq. Burada Ekologiya və Təbii Sərvətlər nazirinin müavini,vaxtı ilə Meşələrin İnkişafı Departamentinin sədri olmuş Firdovsi Əliyevin,onun kadrı Ağaqardaş Qaraşovun əli varmı? Bütün bü məsələlərdən bir nazir kimi Muxtar Babayev necə,xəbərdardımı?

 

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password