Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişçisi olduğu tikinti işlərindən qazanan və itirən kimlərdir?

Məlum olduğu kimi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində son bir il ərzində sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu olan,hər birinin dəyəri milyonlarla manatla ölçülən 190-dan çox müxtəlif adda tenderlər keçirilib.Bu tenderlərin böyük əksəriyyəti  müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri texniki infrastruktura malik olacaq qəsəbələrdə yeni yaşayış binalarının, fərdi evlərinin,yol-küçə şəbəkəsinin, abadlıq və yaşıllaşdırma işləri, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işlərinin satınalmaları üzrə keçirilib.

Aktualinfo.org ötən həftə Mahir Abbaszadənin sözügedən qurumda rəhbərliyə başladıqdan sonra Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfidən elan olunmuş bir çox tenderlərin qalibi olan”Diadem”MMC-nin qısa bir zamanda kimlərinsə sayəsində revanş götürməsinə toxunmuşdu.

İndi isə fond tərəfindən keçirilmiş tenderlərdə qalib olan digər şirkətləri diqqətinizə çatdırmaq istərdik. Qeyd edək ki,bu şirkətlərin bir neçəsini çıxmaq şərti ilə böyük əksəriyyəti 10 manat nizmnamə kapitalı olan,heç bir maddi texniki bazası olmayan MMC-lərdir.Bu şirkətlərdə çalışan işçilərin hər biri əmək müqaviləsi olmadan,qeyri leqal çalışırlar. Tikintinin böyüklüyünü nəzərə alsaq burada gün ərzində minlərlə insanın zəhmət çəkdiyini görmüş olarıq.Gündəlik 10-15 manata fəhlə,20-30 manata usta işləyənlərlə şirkət arasında əmək müqavilələri bağlanılmadığından işçilərin əmək haqqılarından tutulan gəlir vergisi və sosial ayırmalar gizlədilir.Burada on minlərlə işçinin müqaviləsiz çalışdığı nəzərə alınarsa,bu dövlətə bilərəkdən vurulan zərbədən başqa bir şey deyil. Bəs heç bir maddi texniki bazası olmayan, sadəcə adı olan bu MMC-lərə belə münbit şəraiti kimlər yaradır? Təbii ki,sifarişçi dövlət təşkilatları.Burada sifarişçi ilə podaratçı arasında bağlanan müqavilələrin əksəriyyəti dövlət satınalmaları haqqında qanunu tələblərinə cavab vermir.Bu şirkətlərin böyük əksəriyyəti heç yerdə iş görməyənlərdir. Bu da satınalmalar haqqında qanunu tələblərinə birbaşa zidd hesab edilir.Tender Komissiyası tərəfindən iddiaçi şirkətlərin anoloji işlərdə təcrübəsi,potensialı, texniki və kadr imkanları haqqında rəsmi məlumalar,iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayış, son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti kimi tələb olunan vacib qaydalara  riayət edilmədiyindən,müqavilələrin bağlanmasında qanun pozuntularına yol verilməsi şübhələrini artırmış olur.Belə olan halda isə,ayrılmış vəsaitlərin müəttən hissəsi təyinatı üzrə sərf edilmir.Bu isə təbii ki,sifarişçi quruma sərf edir.İndi isə son bir il ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə müqavilə bağlamış digər şirkətlərin siyahısına nəzər salaq.

“İNTERENERQO” MÜƏSSİSƏSİ. Qanuni təmsilçisi Süleymanov Arif  Tapdıq oğlu olan MMC-nin nizamnamə kapitalı 200 manat, dövlət sifarişlərindən əldə etdikləri isə, Füzuli və Ağcabədi rayonları ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri texniki infrastrukturu olan qəsəbələrinin elektrik təchizatı şəbəkəsinin tikintisi üzrə  22.12.2019 və 10.04 2020-ci il tarixlərdə keçirilmiş ümumi dəyəri 5 milyon manat civarında 2 tender

“AZƏRİ SERVİS LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ.  Bu VÖENlə( 1500015641) həm də”KONSEPT HOLDİNG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ sifarişlər həyata keçirir.Nizamnamə kapitalı 2000 manat, qanuni təmsilçisi Hüseynov Tahir Rasim oğlu olan MMC-nin əsl sahibi tamamılə başqa bir şəxsdir.

Ramana və “Ümid” qəsəbələrində məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yaşayış binasının tikintisinə 12.12.2019 və 26.12.2019-cu ildə keçirilmiş,dəyəri 4 milyon manat civarında 2 tender  “Konsept Holding” MMC adı altında

Füzuli,Abşeron,Qaradağ,Ağcabədi,Ucar,Kürdəmir rayonları ərazisində və Ramana qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış binalarının və fərdi yaşayış evlərinin tikintisi,abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi,abadlıq və yaşıllaşdırma işləri,yaşayış binalarının, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işlərinin satınalması üzrə 13.05.2019-cu ildən 09.04.2020-ci ilə qədər ümumi dəyəri 25 milyon manatdan çox olan 9  (“Konsept Holding” MMC ilə birgə) tender

KÜR-ARAZ ŞİRKƏTİ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ. Qanuni təmsilçisi Məmmədov Pərviz  Əlimusa oğlu olan MMC-nin nizamnamə kapitalı 2012 manat, dövlət sifarişlərindən əldə etdikləri isə, Füzuli,Abşeron və Ağcabədi rayonları ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış binalarının,fərdi yaşayış evlərinin,qaz, su təchizatı və suvarma sisteminin tikintisi üzrə 04.11.2019-cu ildən 09.04.2020-ci il tarixə ümumi dəyəri 10,5 milyon manatdan çox olan 4 tender.

“PERLİT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ.  Qanuni təmsilçisi Ömrümov Məhərrəm Xansuvar oğlu olan MMC-nin nizamnamə kapitalı 40 manat,dövlət sifarişlərindən əldə etdikləri isə,Füzuli və Kürdəmir rayonları ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri texniki infrastrukturu olan fərdi yaşayış 4 mərtəbəli yaşayış binalarının, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləri üzrə 13.05.2019 və 09.04.2020-ci tarixlərdə ümumi dəyəri 5 milyon manatdan çox 2 tender

“CAVİD-2016” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ. Dövlət qeydiyyatına 17.03.2016-cı ildə alınmış, qanuni təmsilçisi Rəfiyev Sərdar Səfər oğlu olan MMC-nin nizamnamə kapitalı 20 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Abşeron rayonu və Ramana qəsəbəsi ərazilərində məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yaşayış binasının,məktəbin tikintisi üzrə 26.12.2019-cu  və 13-18.03.2020-ci il tarixlərdə ümumi dəyəri 17 milyon manatdan çox olan 3 tender.

“AZƏRSUTƏCHİZATTİKİNTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ. Qanuni qəmsilçisi Xəlilov Mirzəcan Mirzəməmməd oğlu olan ASC-ni tanıtmağa zənnimizcə ehtiyac yoxdu.Bu kimi böyük dövlət sifarişlərinin həyata keçirilməsində daim pay sahibidir. Abşeron,Qaradağ,Ağcabədi,Göygöl,Ucar,Kürdəmir rayonları və Ramana qəsəbəsi ərazilərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri texniki infrastrukturu olan yaşayış binalarının,su təchizatı, kanalizasiya, suvarma sisteminin və texniki infrastruktur obyektlərinin tikintisi işləri üzrə 13.05.2019-cü ildən 18.03.2020-ci ilə qədər ümumi dəyəri  40 milyon manatdan çox olan 7 tender.

“TUNEL-METRO İNŞAAT ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ. Qanuni təmsilçisi Seyfullayev Şövqi Xalid oğlu olan MMC-nin nizamnamə kapitalı 10 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Abşeron,Qaradağ, Ucar, Göygöl,Ağcabədi Kürdəmir rayonlarında məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin salınması üzrə 13.05.2019-dan 18.03.2020-ci ilə qədər ümumi dəyəri 32 milyon manat civarında olan 11 tender.

“PROGRESS” SƏNAYE-İSTEHSALAT ŞİRKƏTİ. Qanuni təmsilçisi Atakişiyev Azər  Mətləb oğlu olan MMC-nin nizamnamə kapitalı 20 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Kürdəmir Ucar,Ağcabədi Abşeron rayonları ərazisində məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikintis işləri üzrə 13.05.2019-dan 13.03.2020-ci ilə qədər ümumi dəyəri 18 milyon manat civarında 6 tender.

“BAKİNŞAAT GROUP” MMC. Qanuni təmsilçisi Məmmədov Elşad Sabir oğlu olan MMC-nin nizamnamə kapitalı 120 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Abşeron və Qaradağ rayonlarında məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli binaların və uşaq bağçasının tikintisi işləri üzrə 12.12.2019-dan 13.03.2020-ci ilə qədər ümumi dəyəri 11 milyon manat civarında olan 3 tender.

MÜASİR TİKİNTİLƏR” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ. Dövlət qeydiyyatına 25.02.2010-cu ilə alınmış, qanuni təmsilçisi  Tusi İlkin Tusi oğlu olan MMC-nin nizamnamə kapitalı 100 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Abşeron və Ağcabədi rayonlarında məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli və fərdi yaşayış evlərinin tikintisi işləri üzrə  28.10.2019-cu ildən 13.03.2020-cui ilə qədər keçirilmiş ümumi dəyəri 16 milyon manatdan çox olan 4 tender

“KLF QROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ. Qanuni təmsilçisi Həsənov Bəhruz İldırım  oğlu olan MMC-nin nizamnamə kapitalı 20 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Abşeron rayonu ərazisində məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binasının tikintisi işləri üzrə 26.12.2019-cu ildə və 13.03.2020-ci ildə keçirilmiş ümumi dəyəri 6 milyon manatdan çox olan 2 tender.

“AĞA-EE İNŞAAT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ.Dövlət qeydiyyatına 26.10.2018-ci ildə alınmış, qanuni təmsilçisi Ağalı Natali Qaçay qızı olan MMC-nin nizamnamə kapitalı 10 manat,dövlət sifarişlərindən əldə etdikləri isə,  Abşeron rayonu ərazisində məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binasının tikintisi üzrə 26.12.2019-cu il və 13.03.2020-cu ildə keçirilmiş ümumi dəyəri 6 milyon manatdan çox olan 2 tender.

“HOVERS GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ. Qanuni təmsilçisi Zeynalov İlqar  Adgözəl oğlu olan MMC  bu gün Respublikada fəaliyyət göstərən maddi texniki bazaya malik ən müasir tikinti şirkətlərindən biridir. Dövlət sifarişlərindən əldə etdikləri isə,Abşeron rayonu ərazisində məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binasının tikintisi işləri üzrə 09.12.2019-cu il  və 13.03.2020-ci ildə keçirilmiş ümumi dəyəri 6 milyon manatdan çox olan 2 tender.

“SVENKR” MƏNZİL TİKİNTİ KOOPERATİVİ .Dövlət qeydiyyatına 17.02.2016-cı  ildə alınmış, Qanuni təmsilçisi Səmədov Vüqar Mirzəli oğlu olan MMC-nin nizamnamə kapitalı 100 manat,dövlət sifarişlərindən əldə etdikləri isə,Abşeron rayonu ərazisində məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binasının tikintisi işləri üzrə 13.03.2020 ci ildə keçirilmiş ümumi dəyəri  6 milyon manatdan çox olan 2 tender.

“AKKORD GENERAL CONSTRUCTION” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ.Qanuni təmsilçisi  Məmmədov Bağır Famil oğlu göstərilən,lakin əsl sahibi hamıya bəlli olan MMC-nin nizamnamə kapitalı 10000.00 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Abşeron rayonu və Ramana qəsəbəsi ərazisində məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binalarının tikintisi üzrə 26.12.2019-cu il və 13.03.2020-ci ildə keçirilmiş ümumi dəyəri 12 milyon manatdan çox 3 tender

“M.NAZİMOĞLU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ. Qanuni təmsilçisi Abduləzimov Nazim  Nəsir oğlu olan MMC-nin nizamnamə kapitalı 10 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Abşeron,Ağcabədi,Ucar,Kürdəmir rayonlarında məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi üzrə 13.05.2019-cu ildən 13.03.2020-ci ilə qədər keçirilmiş ümumi dəyəri 16 milyon manatdan çox olan 5 tender

“TECHNOKRAT LİMİTED” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ. Dövlət qeydiyyatına 24.09.2014-cü ildə alınmış, qanuni təmsilçisi Abışov Vaqif Qarakişi oğlu olan MMC-nin nizamnamə kapitalı 50 manat,dövlət sifarişlərindən əldə etdikləri isə,Abşeron və Göygöl rayonlarında məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 və 5 mərtəbəli  yaşayış binasının tikintisi üzrə 14.08.2019-cu il və 13.03.2020-cu ildə keçirilmiş ümumi dəyəri 5 milyon manat civarında olan 2 tender.

“AZ.İNŞAAT-M.V.” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ.  Qanuni təmsilçisi Abbasov Gündüz Həbib oğlu olan MMC-nin nizamnamə kapitalı 10 manat,dövlət sifarişlərindən əldə etdikləri isə,Abşeron,Ağcabədi və Kürdəmir rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binasının,fərdi evlərinin,sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləri üzrə 13.05.2019-cu ildən 13.03.2020-ci ildə keçirilmiş ümumi dəyəri 13 milyon manatdan çox  olan 3 tender.

“RABİTƏİNŞAAT” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ   Qanuni təmsilçisi İskəndərov Yelmar Əmirxan oğlu olan MMC-nin nizamnamə kapitalı 4000 manatdır.Bir çox iri dövlət layihələrində daim pay sahibi olan şirkətlərdəndir. Abşeron, Ağcabədi, Ucar və Kürdəmir rayonları ərazisində məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni 4-9 mərtəbəli yaşayış binalarının, sosial və texniki infrastruktur obyektlərinin, fərdi evlərinin tikintisi üzrə 13.05.2019-cu ildən 13.03.2020-ci ilə keçirilmiş ümumi dəyəri 21 milyon manat civarında olan 6 tender.

“GM CONSTRUCTİON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ. Dövlət qeydiyyatına 26.01.2016-cı ildə alınmış,   qanuni təmsilçisi Məmmədov İlqar Maarif oğlu olan MMC-nin nizamnamə kapitalı 10 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Abşeron rayonu ərazisində məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binalarının tikintisi üzrə 26.12.2019-cu ildən 13.03.2020-ci ilə keçirilmiş ümumi dəyəri 12  milyon manatdan çox  olan 4 tender

“AZERTİKİNTİ-M” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ.  Qanuni təmsilçisi Orucov Araz Almaz oğlu olan MMC-nin nizamnamə kapitalı 10 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Abşeron, Ağcabədi, Ucar və Kürdəmir rayonları ərazisində məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəllələrində klub-icma mərkəzinin,musiqi məktəbinin,sahədaxili rabitə və videomüşahidə şəbəkələrin,məktəb,inzibati binanın və həkim məntəqəsinin tikintisi üzrə 13.05.2019-cu ildən 12.03.2020-ci ilə keçirilmiş ümumi dəyəri 6 milyon manatdan çox olan 7 tender

BAKI ABADLIQ XİDMƏTİ MMC. Qanuni təmsilçisi Qasımov Binnətəli Oktay oğlu olan MMC-nin  nizamnamə kapitalı 10 min manat.dövlət sifarişlərindən əldə etdikləri isə, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Pirşağı yolu və Suraxanı rayonu, Hovsan qəsəbəsi ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binalarının, uşaq bağçasının tikintisi və abadlıq işləri üzrə 27.12.2019-cu ildə keçirilmiş ümumi dəyəri 59 milyon 455 min manat olan 2 tender.

“SNT” İNŞAAT ŞİRKƏTİ  Qanuni təmsilçisi Davudov Azər Hüseyn oğlu olan MMC-nin nizamnamə kapitalı 1469.78 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Ramana qəsəbəsində və Kürdəmir rayonunda məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binalarının, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləri üzrə 13.05.2019 və 26.12.2019 -cu il tarixlərdə keçirilmiş, ümumi dəyəri 5 milyon manat civarında olan 2 tender.

“T.T.Ş.-İNŞAAT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ. Qanuni təmsilçisi Məmmədov Xalıqverdi Malça oğlu olan MMC-nin nizamnamə kapitalı 20 manat,dövlət sifarişlərindən əldə etdikləri isə,Ramana  qəsəbəsi Qaradağ, Ağcabədi və Kürdəmir rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binalarının,fərdi evlərin, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləri üzrə 13.05.2019-cu il və 26.12.2019-cu il tarixlərdə keçirilmiş ümumi dəyəri 15 milyon manatdan cox olan 4 tender.

“MİNERA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ. Qanuni təmsilçisi  Əsgərova Mətanət Talıb qızı olan MMC-nin nizamnamə kapitalı 110 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Ağcabədi,Ucar,Kürdəmir rayonları ərazisində məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binalarının, məktəblərin,sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləri üzrə 13.05.2019-cu il və 31.10.2019-cu il tarixlərdə keçirilmiş, ümumi dəyəri 11 milyon manatdan cox olan 4 tender.

“ŞƏMS-95” FİRMASI. Qanuni təmsilçisi Qasımov Qasım Məmməd oğlu olan MMC-nin  nizamnamə kapitalı 10 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Ağcabədi və Ucar rayonları ərazisində məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan fərdi yaşayış evlərinin və uşaq bağçasının (istilik məntəqəsi ilə) tikintisi üzrə 01.07.2019-cu il və 31.10.2019-cu il tarixlərdə keçirilmiş,ümumi dəyəri  4,5 milyon manatdan cox olan 2 tender.

“FAKTOR QRUP-S” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ. Qanuni təmsilçisi Məmmədov Hüseyn  Yaşar oğlu olan MMC-nin  nizamnamə kapitalı 10 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Ağcabədi və Kürdəmir rayonları ərazisində məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan 4 mərtəbəli binaların və fərdi yaşayış evlərinin tikintisi işləri üzrə 13.05.2019-cu il və 29.10.2019-cu il tarixlərdə keçirilmiş,ümumi dəyəri 5 milyon manatdan cox olan 2 tender. Qeyd edək ki, MMC sosial evlərin tikintisi layihəsində MİDA nın elan etdiyi  bir neçə tenderlərin qalibi olub.

“İNŞAATÇI 3” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ.  Qanuni təmsilçisi Siraclı Qeys Məmməd oğlu olan MMC-nin nizamnamə kapitalı 20 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Ucar  və Kürdəmir rayonları ərazisində məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan 4 və 5 mərtəbəli binaların,sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləri üzrə 13.05.2019-cu il və 01.07.2019-cu il tarixlərdə keçirilmiş,ümumi dəyəri 6 milyon manatdan cox olan 2 tender

“QARA ÇAY” ŞİRKƏTİ. Qanuni təmsilçisi Məmmədsaadov Səyyadi Nəsib oğlu olan MMC-nin nizamnamə kapitalı 200 manat,dövlət sifarişlərindən əldə etdikləri isə, Göygöl və Kürdəmir rayonları ərazisində məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan 3,4 mərtəbəli yaşayış binalarının, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləri üzrə 13.05.2019 və  14.08.2019-cu il tarixlərdə keçirilmiş, ümumi dəyəri 4,5 milyon manat civarında olan 2 tender.

Göründüyi kimi yuxarıda adları çəkilən şirkətlər “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində həyata keçirilən layihələrdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə dəyəri milyonlarla manat olan ən azı 2 tender üzrə müqavilə bağlayıblar.Burada onu xüsusilə vurğulamaq istərdik ki, MMC-lərin adlarını çəkdiyimiz qanuni təmsilçilərinin böyük əksəriyyəti formal olaraq tutulmuş şəxslərdir.Onların hər birinin arxasında bir yüksək çinli dövlət məmurunun dayandığı bu gün heç kimə sirr deyil. Aşagıdakı MMC-lər isə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən elan olunmuş,dəyəri 3 milyon manat olan 1 tender qazanıblar.

SUMQAYIT ELEKTRİK DƏSTLƏŞDİRMƏ” ASC   Abşeron rayonu ərazisində məcburi köçkün ailəlləri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi işləri üzrə keçirilmiş,dəyəri 5720694.75 manat olan 1 tender.

“K.E.-İNŞAAT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ. Qanuni təmsilçisi Qurbanov Səxavət Məmməd oğlu olan MMC-nin nizamnamə kapitalı 40 manat.

“6-CI MƏRTƏBƏ” MÜSTƏQİL ŞİRKƏTİ.  Qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğlu olan MMC-nin nizamnamə kapitalı 20 manat.

ANG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT. Qanuni təmsilçisi Əskərova Təranə Yusif qızı olan MMC-nin  nizamnamə kapitalı 50 manat.

NOVİTEK” Məhdud Məsuliyyətli Cəmiyyəti. Dövlət qeydiyyatına 27.03.2019-cu ildə alınmış, qanuni təmsilçisi İsgəndərov Elşən  Fərman oğlu olan MMC-nin nizamnamə kapitalı 100 manat.

“Uluxanlı 1” MMC. Dövlət qeydiyyatına 25.02.2019-cu ildə alınmış,qanuni təmsilçisi Mehtiyev Abbasqulu İmanqulu oğlu olan MMC-nin  nizamnanə kapitalı 10 manat.

“Turan.İ.O” MMC.Dövlət qeydiyyatına 26.11.2018-ci ildə alınmış, qanuni təmsilçisi Əlişov Yasin Ülfət oğlu olan MMC-nin nizamnamə kapitalı 10 manat.

“Amil-RO” MMC. Dövlət qeydiyyatına 27.11.2018 -ci ildə alınmış, qanuni təmsilçisi Əliyev Natiq  Zakir oğlu olan MMC-nin nizamnamə kapitalı 10 manat.

MAQ Ltd. Şirkəti” MMC.  Qanuni təmsilçisi Qasımov İlqar  Cabbar oğlu olan MMC-nin nizamnamə kapitalı 10 manat

“AR Tikinti Quraşdırma” MMC. Qanuni təmsilçisi Qaracayev Ramiz Vəli oğlu olan MMC-nin nizamnanə kapitalı 10 manat.

“Capitol-K” MMC. Qanuni təmsilçisi Rəhimov Ceyhun Rasif oğlu olan MMC-nin  nizamnamə kapitalı 20 manat

“19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT  Qanuni təmsilçisi İsmayılov Elçin Mail oğlu olan MMC-nin nizamnamə kapitalı 10  manat.Qeyd edək ki, MMC sosial evlərin tikintisi layihəsində MİDA nın elan etdiyi  bir neçə tenderlərin qalibi olub.

“VS Enerji Servis” MMC. Qanuni təmsilçisi Məmmədov Eldəniz  Müşdaba oğlu olan MMC-nin nizamnamə kapitalı 10 manat.

“AS-TƏMİR TİKİNTİ”. Məhdud Məsuliyyətli Cəmiyyət  Qanuni təmsilçisi Mustafayev Anar  Ağasəf oğlu olan MMC-nin nizamnamə kapitalı 100 manat

Göründüyi kimi sadaladığımız bu MMC-lərin bir çoxu isə yeni yaradılmış,analoji işlərdə heç bir təcrübəsi olmayan, nizamnamə kapitalı 10 manat olan şirkətlərdir.Belə şirkətlərin isə yuxarıda qeyd etdiyimiz kimi heç bir işçi qüvvəsi olmur.Bunlar sifarişi aldıqdan sonra ya maddı texniki bazası olan başqa şirkətlərlə şəriklik edir, ya da günə muzd işləyən fəhlələrdən briqadalar təşkil edərək iş görürlər.Bu isə qeyd etdiyimiz kimi, həm tikintinin layihə-smeta dəyərinin şişirdilməsinə,həm də dövlət vəsaitlərinin mənimsənilməsinə zəmin yaradır.

 

Aktualinfo.org

 

 

 

 

 

 

 

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password