Bakı Dezinfeksiya Mərkəzi tender elanından sonra yaradılmış MMC ilə nə kimi işlər görür?

 

Koronavirus pandemiyasının aləmə yayıldığı bir vaxta, paytaxtda dezinfeksiya adı altında sakinlərdən pul yığılması barədə sosial şəbəkələrdə məlumatlar yayılmağa başladı. Məlumatlarda yaşayış binalarında dezinfeksiya edilməsi üçün sakinlərdən üç manat məbləğində pul tələb olunması yer alırdı.Məlumatlar yayıldıqdan dərhal sonra qurumun rəhbəri rəsmi olaraq bildirdi ki,həmin şəxslərin onlara heç bir aidiyyatı yoxdur,özəl şirkətlərdir.Özəl şirkətlərin belə bir dövrdə vətəndaşlardan pul tələb etməsi mərkəz rəhbərliyi tərəfindən qınanıldı da.Sözügedən rəsmi məlumatlardan sonra yada düşdü ki, paytaxtda Bakı Şəhər Dezinfeksiya Mərkəzi deyilən bir dövlət qurumu da var. Bu qurumun konkret olaraqharada və nə kimi işlər gördüyinü bilməsək də, adından göründüyü kimi dezinfeksiya sahəsinə baxdığı bəllidir. Öyrəndik ki,Səhiyyə Nazirliyinə tabe olan qurum 2018-ci ildən TƏBİB-in strukturuna daxil edilib və hazırda “Bakı Şəhər Dezinfeksiya Mərkəzi” publik hüquqi şəxs kimi fəaliyyət göstərir.

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə 15-21 aprel tarixlərində, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə keçirdiyi tədbirlər çərçivəsində ölkə ərazisində karantin rejimi tətbiq olunduğu günlərdə,”Bakı Şəhər Dezinfeksiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən bir neçə satınalma proseduru həyata keçirmişdir.İlk baxışdan pandemiya dövründə şəhərdə vacib olan dezinfeksiya işlərinin aparılması məqsədi ilə keçirildiyini düşünsək də, fikrimizdə yanıldıq. Belə ki, mərkəz tərəfindən 15.04.2020-ci il tarixdə “Sarkaz2020″ MMC ilə 4,”Epidbiomed” MMC ilə  2 müqavilə bağlanmışdır. “Sarkaz2020” MMC ilə mətbəə xidmətlərinin satınalması üzrə 43025, avtomobil sürtkü mallarını satınalması üzrə 26630, avtomobil ehtiyyat hissələrinin satınalması üzrə 45636, sair kommunal xidmətlərin satınalması üzrə isə 45410 manat məbləğində, ümumi olaraq 160 701 manat dəyərində müqavilələr bağlanılmışdır. Qeyd edək ki, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində Məhdud Məsuliyyətli Cəmiyyət kimi “SARKAS2020″18.02.2020 dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçi Tarverdiyev Elçin İrəvan oğlu olan MMC-nin nizamnamə kapitalı 20 manat,hüquqi ünvanı isə Nəsimi rayonu M.Mirqasımov ev 58 göstərilmişdir.

“Epidbiomed” MMC ilə isə kütləvi tədbirlər üçün dezinfeksiya edici preparatların satınalması üzrə 45621.16, dərman preparatları və tibbi ləvazimatlar üzrə isə 36528.02 manat məbləğində, ümumi olaraq 82 149 manat dəyərində müqavilələr bağlanılmışdır.Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 19.11.2004-cü i tarixdə dövlət qeydiyyatına alınmış “Epidbiomed” MMC nin qanuni təmsilçisi Əliyev Məmmədəli Sabir oğludur. Nizamnamə kapitalı cəmi 10 manat olan bu MMC bir çox şübhəli tenderlərin qalibi olması barədə məlumatlar var.

Mərkəz 21.04.2020-ci il tarixdə isə dəftərxana ləvazimatları və təsərrüfat mallarının satınalması üzrə 117791.5 manat dəyərində müqaviləni “VESLIN 2020” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamışdır. Mərkəzin dəftərxana ləvazimatları və təsərrüfat mallarının satınalması üzrə bağladğı sonuncu tender müqaviləsinə diqqətlə nəzər yetirdikdə ortaya nələr çıxır. Açıq tenderin başlama tarixi və vaxtı 25.02.2020 12:00,tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 08.04.2020 12:00,tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı 16.04.2020 12:00,zərflərin açılış tarixi və vaxtı 17.04.2020 12:00-a təyin edilib. Elandan da göründüyü kimi tenderin başlanma tarixi 25.02.2020-ci il göstərilib. Bəs qalib MMC nə vaxt yaradılıb? Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 06.03.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb.Yəni tender elan olunduqdan 10 gün sonra. Qanuni təmsilçisi Quliyev Elgün Nazim oğlu olan MMC-nin nizamnamə kapitalı 10 manatdır. Qeyd edək ki, kredit мüqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair “AGBank”in iddiası ilə Quliyev Elgün Nazim oğlunun cavabdeh qismində iştirakı ilə Gəncə Apellyasiya Məhkəməsində 10.01 2019-cu ildə məhkəmə iclası keçirilmişdir.Bu isə o deməkdir ki, Quliyev Elgün Nazim oğlu bank qarşısında ipoteka borcu öhdəliyi olduğuna görə tender prosedurunda iştirak edə bilməz.

Diqqət çəkən digər məqam isə “SARKAS2020” və “VESLIN 2020” Məhdud Məsuliyyətli Cəmiyyətləri aralarında 15 gün fərq olmaqla Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 18.02.2020-ci il və 06.03.2020-ci il tarixlərdə dövlət qeydiyyatına alınmalarıdır.

Dövlət satınalmalarını tənzimləyən orqan kimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəflər arasında bağlanmış müqvilələrdə bu kimi çatışmayan nüansları niyə nəzərə alınmayıb? Məlum olduğu kimi tenderdə iştirak üçün iddiaçılar təklifin dəyərindən əlavə mütləq qaydada texniki təkliflərini də təqdim etməlidir. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı,iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı,son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, anoloji işlərdə təcrübəsi, potensialı, texniki və kadr imkanları haqqında rəsmi məlumatlar da tenderlərin keçirilməsində rol oynayan ən vacib şərtlərdəndir.Bakı şəhər Dezinfeksiya Mərkəzinin keçirdiyi tenderlərdə yuxarıda göstərilənlərin hansı biri nəzərə alınıb?

Bakı şəhər Dezinfeksiya Mərkəzinin Baş həkimi Akif Məmmədovla,Tender Komissiyası bu şərtlərə hansı formada əməl ediblər,elan olunmuş tenderlərin nəticələrindən görsənir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bu kimi çatışmamazlıqları necə əsaslandıracaq çox maraqlıdır. Qurum“Dövlət satınalmaları haqqında” qanunun tələblərinin riayət edilməsinə nəzarəti necə həyata keçirib? Buyursun izah etsin.

 

Aktualinfo.org

 

 

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password