Neftin ucuzlaşması sürətləndi – 12 DOLLARA ENDİ

Dünya bazarında xam neft ehtiyatlarının artmasından sonra neftin qiymətinin ucuzlaşması sürətlənib.

Qlobal neft ehtiyatlarının artması, aparıcı istehsalçı ölkələrin bazardakı istehsal azalması ilə tarazlaşmasını çətinləşdirdiyinə görə, neftin qiyməti bir bareldən 12 dolların altına düşdü.

Nyu-York birjasında fyuçers müqavilələri üzrə qiymətlər 24% ucuzlaşıb. Baxmayaraq ki, ABŞ və Səudiyyə Ərəbistan qiymətlərin artması üçün hərəkətə keçiblər. ABŞ-da aktiv neft quyularının sayı azalmaqdadır, Səudiyyə isə neft hasilarını azaltmağa mayın 1-dən əvvəl başlayıb. Amma investorlar bütün bunlarla yanaşı, dünyada saxlama anbarlarının qıtlığına  da diqqət yetirməyə başlayıblar.

Cənubi Koreya bazar ertəsi neft alışını dayandıran dördüncü Asiya ölkəsi oldu. Anbarların dolma həddinə çatması investorları və neft şirkətlərini hədsiz qorxudur, ötən həftə bu qorxu Qərbi Texas neftinin (WTI) mənfi qiymətə düşməsi ilə nəticələnmişdi.

«Goldman Sachs Inc» xəbər verir ki, bazarda getdikcə artan neft bolluğu fonunda anbarlar cəmi 3 həftəyə tamamilə dola bilər: «Hazırda neft satıcıları, treyderlər, emal zavodları və infrastruktur təminatçıları Avropanın neft paylama mərkəzində və neft boru kəmərlərində ən kiçik boşluqlar da daxil olmaqla neftlərini saxlayacaq yer axtarırlar».

ABŞ-ın xam nefti üçün əsas anbar sayılan Okuşoma ştatının Cushing şəhərində çənlər sürətlə dolmaqda və neftin qiymətini aşağı itələməkdədir.

Nəticədə WTI-nin iyun fyuçersləri Nyu York birjasında 4,37 dollar və ya 26% azalaraq 12,6 dollara, London birjasında isə Brent nefti 1,8 dollar və ya 8,5% ucuzlaşaraq 19,6 dollara düşüb./fed.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password