Ceyhun Bayramov: Tədris müddətinin başlaması ilə bağlı qərar real vəziyyət nəzərə alınmaqla qəbul olunacaq

Tədris müddətinin başlaması ilə bağlı qərar real vəziyyət, insanların sağlamlığı, şagirdlərin marağı – bütün bu prioritetlər nəzərə alınmaqla qəbul olunacaq. Hazırda bir fikir söyləməklə vəziyyəti ertələmiş olarıq.

Aktualinfo.org-un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Nazir qeyd edib ki, tədrisin başlaması məsələsini daha sonra müzakirə etsək, yaxşı olar: “Tədris bərpa olunan zaman müxtəlif üsullarla şagirdlərin proqramdan geriləməsinin həcmi müəyyən edilə bilər. Bu boşluğun doldurulması ilə bağlı müəyyən vasitələrdən istifadə edilə bilər. Biz düşünmürük ki, indiyədək keçirilən dərslər boşluğu doldurmağa imkan verir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password