VÖEN-ə görə imtina alınıbsa, təkrar müraciət edə bilərlər – AÇIQLAMA

“VÖEN-in olması 190 manatlıq yardım almaq üçün neytral xarakter daşıyır. Passiv VÖEN-ə görə kiməsə imtina verilibsə, buna aidiyyəti üzrə baxılmalıdır”.

Aktualinfo.org-un xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, bunun yardımın verilməsi ilə bağlı qaydalar arasında olub-olmadığına baxılmalıdır.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov isə əlavə edib ki, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə danışıb:

“Bu məsələ ətrafında çox söhbətlər olur. Nazir müavini ilə razılaşmışıq, VÖEN-in bu məsələyə aidiyyəti yoxdur. VÖEN, sadəcə, bir nömrədir.

Buna görə imtina alınıbsa, bu gün də təkrar müraciət edə bilərlər. Əgər yenə anlaşılmazlıq yaranarsa, aidiyyəti quruma müraciət edə bilərlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password