Tramp 1915-ci il hadisələrini yenə “soyqırım” adlandırmayıb
ABŞ Prezidenti Donald Tramp Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlətməyib.
Bu barədə məlumat Ağ Evin rəsmi saytında yer alıb.
D.Tramp ənənəvi müraciətində yenidən “Mets Yeqern” (“böyük faciə”) ifadəsini işlədib.
Qeyd edək ki, Ermənistan və erməni lobbisinin iddiasına əsasən, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırım” törədib.