Separatçı rejimə ərzaq, yanacaq daşıyan avtomobillərin bu yerlərdən keçdiyi ehtimal olunur…
“Araşdırmamın nəticələrini Azərbaycan XİN-ə də yollasam da, təəssüf ki, günlərdir, cavab yoxdur…”
Xəbər verildiyi kimi, bu günlərdə mətbuatda sosial şəbəkələrin erməni seqmentinə istinadla İran İslam Respublikasının dövlət nömrəli yük avtomobillərinin Azərbaycanın işğal altında sülənən ermənilər üçün yanacaq, xammal, ərzaq və s. daşıdığı barədə video-görüntülər yayılıb. Bu, Azərbaycan ictimaiyyətində və rəsmi dairələrində haqlı olaraq hiddətlə qarşılanıb və İran dövlətindən izahat tələb olunub
.
İran tərəfi isə məsələni təkzib etməyə çalışaraq qonşu ölkə ilə Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimlə heç bir əlaqə olmadığını iddia edib. Lakin bəhs edilən videodakı avtombillərin İrana məxsus olduğu göz qabağındadır. Bundan əlavə, əldə olunan peyk görüntüləri də cənub qonşumuzla Qarabağ torpaqlarımız arasındakı körpülərin yerində olduğunu sübut edir…
1) 39.159888, 46.934874
Son ikisinin yanına Kəlheybər yazılıb. Digərlərinin isə adları yazılmayıb. Koordinatlarını nəzərinizə çatdırıram:
2) 39.150850, 46.940314
3) 39.140642, 46.954315
4) 39.178133, 47.035118
5) 39.184494, 47.040303
Qeyd edim ki, İran İslam Respublikası ilə Qarabağı birləşdirən körpülərin 5-i də Cəbrayıl rayonundadır…”
Güman edirik ki, hörmətli Ceyhun Tağıyevin saytımız vasitəsi ilə də ictimailəşən araşdırması ilə əlaqədar Azərbaycan XİN müvafiq tədbirlər görəcək./moderator.az/