Azərbaycanda koronavirusa yoluxanların 54 faizi qadınlardır
Azərbaycanda koronavirus xəstəliyinə yoluxanlar arasında 50-59 yaşlı insanlar üstünlük təşkil edir.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ikinci yerdə 30-39 yaş arasında olan xəstələr gəlir.
“Koronavirusa yoluxan xəstələrin 5 faizi 0-9 yaş arasında olanlar, 2 faizi isə 80 yaşdan yuxarıdır. Yoluxanların 54 faizi qadınlar, 46 faiz kişilərdir. Xəstəlikdən vəfat edənlər arasında əsasən 60-69 yaşa arasında olanlar üstünlük təşkil edib. Yalnız bir xəstəmiz 40-49 yaş arası olub. Həmin xəstədə isə qaraciyər serrozu olduğu üçün belə nəticə əldə olunub”.