“1965-ci ildə Qərbi Azərbaycanda soyqırımın qarşısını alan Heydər Əliyev idi”- Tahir Kərimli
24 Aprel – qondarma erməni soyqrımı günü qeyd edilir. Mən tarixə səyahət etmək istəmirəm. Bakıda mart-aprel aylarında ermənilər bizə qarşı soyqrım ediblər. Biz soyqrıma qarşı qanunvericilik, abidələrin qoyulması sahəsində iş görməliyik. Bakıda, Qubada, Şamaxıda, hətta Urmiyada 10 minlərlə azərbaycanlı türkü soyqrıma məruz qoyulub.
Bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli səsləndirib.
Deputat xatırladıb ki, 1965-ci ildə Qərbi Azərbaycana bir qonaq gəlib: “Krasnoselski rayonunun birinci katibi Əli Həsənovla görüşür. Bu şəxs o zaman Dövlət Təhlükəsizlik Komitəsində işləyən Heydər Əliyev idi. O zaman Moskva icazə vermişdi ki, ermənilər soyqrımı tədbirlərini keçirsin. Hətta Gədəbəydə, bizim torpaqlarımızda. O zamanda azərbaycanlıların soyqrımı nəzərdə tutulurdu. Bunun qarşısını məhz Heydər Əliyev ala bildi. Biz erməni ilə heç vaxt dost ola bilmərik. Bunu unutmamalıyıq”.
Tahir Kərimli daha sonra qeyd edib ki, Beynəlxalq Amnistiya Təşkilatı bəyanat verib ki, Bakıda qadınlar aksiya keçirərək, cender bərabərliyi tələb ediblər: “ Onları qəhraman kimi təqdim ediblər. Bizim qəhramanlarımız milli azadlıq hərakatında rus tanklarının qarşısına çıxanlar, cəbhədə erməniyə qarşı vuruşanlardır. Həmin insanlar bizim qəhrəmanımız ola bilməz”.