Ukrayna XİN-dən Ermənistana ZƏRBƏ – Bu ifadə qadağan edildi

Ukrayna Ali Radasının deputatı Darya Volodina “Facebook” səhifəsi vasitəsilə bu ölkənin Xarici İşlər nazirinin müavini Vasili Bodnarın Osmanlı İmperiyasındakı “erməni soyqırımı”nın 105 illiyi ərəfəsində dövlət orqanlarının nümayəndələrinə göndərdiyi məktubunun fotosunu paylaşıb.

“Rusarminfo”un xəbərinə görə, Bodnar sözügedən məktubda Ukraynanın “erməni soyqırımı”nı (dırnaqlar saxlanılıb) tanımadığını bildirir və “Osmanlı İmperiyasında 24 aprel 1915-ci il faciəvi hadisələri” ifadəsindən istifadə edir.

Ukraynalı dövlət rəsmisinin sözlərinə görə, Osmanlı İmperiyasının erməni əhalisi ilə baş verən hadisələr 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş soyqırımı termininin tərifinə (hər hansı bir milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə edilən hərəkətlər) daxil deyil.

Bodnar həmçinin əlavə edib ki, Ermənistan daim Rusiyanın xarici siyasətini dəstəkləyir və beynəlxalq toplantılarda Ukrayna üçün vacib qərarların, qətnamələrin əleyhinə səs verir.

Dövlət rəsmisi soyqırımı məsələsinin Ukraynanın strateji tərəfdaşı olan Türkiyə üçün həssas mövzu olduğunu qeyd edib və bununla tarixçilərin məşğul olmalı olduğunu vurğulayıb.

Yekunda Bodnar məktub ünvanladığı Ukrayna rəsmilərindən “Erməni Soyqırımı”nın 105 illiyinin anım tədbirlərində iştirak etməmələrini və “erməni soyqırımı” terminini istifadə etməmələrini xahiş edib.

Sözügedən məktubu şərh edən Darya Volodina isə Xarici İşlər Nazirliyindəki “bəzi işçilərin savadsız” olduğunu söyləyərək soyqırımı iddiasının ABŞ, Fransa, Kanada, Almaniya, İtaliya, Hollandiya kimi ölkələr tərəfindən tanınmasını xatırladıb.

Xatırladaq ki, daha əvvəl də Daria Volodinanın “erməni soyqırımı”nın anımı ilə bağlı təklifi Ukrayna Ali Radası tərəfindən rədd edilmişdi./rakus.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password