Türkiyədə koronavirusa yoluxanların sayı 100 minə çatır

“Türkiyədə son sutkada daha 117 nəfər pandemiyanın qurbanı olub”.

Aktualinfo.org-un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 376 nəfərə çatıb.

Nazir həmçinin daha 3 083 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 98 674-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 16 477 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 593 000-i ötüb. Bunların 710 451 nəfəri sağalıb, 181 083 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password