Şəki Polis Şöbəsində nələr baş verir? – Ölkə başçısına daha bir MÜRACƏT
Şəki rayonun Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürəhimov Sadiq Məmmədəli oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, 1-ci Vitse-prezidenti xanım M.Əliyevaya, Prezident Adminstrasiyasının rəhbəri S.Nuriyevə,Azərbaycan Respublikasının Baş prokuroru Z.Qaralova, Azərbaycan Respublikasının Daxili İşlər naziri V. Eyvazova, DIN Baş Dövlət Yol polis İdarəsinin rəisi cənab R.Zeynalova, Ombudsman Aparatının rəhbərinə və digər bir neçəaidiyyatı və səlahiyyətli dövlət qurumlarının rəhbərlərinə Şəki şəhər Polis Şöbəsininnin təhqiqatçısı Aqil Cəfərovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 mart 2020-ci il tarixli əsassız təkrar qərarının ləğv edilməsi və onun cinayətkar dəstə ilə gizli sövdələşməsi nəticəsində törətdiyi korrupsiya əməlləri barədə müraciət ünvanlayıb.
Qeyd edək ki,vətəndaş Sadiq Əbdürəhimovun bu müraciəti birinci dəfə etmir.Aktualinfo.org vətəndaşın üzləşdiyi qanunsuzlar barədə aidiyyatı qurumlara etdiyi müraciəti bir neçə dəfə geniş ictimaiyyətin və rəsmi dövlət orqanlarının diqqətinə çatdirmışdır.Amma təəssüflər olsun ki,vətəndaşın haqlı tələblərinə heç bir dövlət orqanı tərəfindən qanun çərçivəsində heç bir tədbir görülməmişdir. Odur ki,vətəndaş Sadiq Əbdürəhimovun ölkə başçısına və digər hüquq mühafizə orqanlarının rəhbərlərinə ünvanladığı müraciəti olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
Cənab Prezident İlham Əliyev, hadisələrin indiki gedişi göstərir və təsdiq edir ki, artıq biz sadə vətəndaşların Sizdən başqa ümid edib müraciət etməyə yeri qalmayıb.Siz də vurğulayırsınız ki, “Mən hər bir azərbaycanlının prezidentiyəm”Ona görə də Sizə müraciət edirik ki, yerli polislə cinayətkarların gizli sövdələşməsinə nəhayət son qoyulsun.Yuxarı orqanlara dəfələrlə müraciət etdim ki, mənim şikayətimə Şəki Prokurorluğunda 24 oktyabr, Şəki Polisində isə 23 dekabr, 31 yanvar və 17 mart 2020-ci il tarixli saxta və əsassız qərarları ilə mənə qarşı törədilmiş cinayətləri ört- basdır edilməsin. Amma xeyri olmadı.
03 oktyabrda Şəki ŞPŞ-nin DYP işçiləri Ramil Adamov və Aqşin tərəfindən mənə məxsus NİVA avtomobili 10 manat cəriməni ödəmədiyimə görə tələb olunan 200 manat rüşvəti vermədiyim üçün qanunsuz qaçırıldı. Yuxarı orqanlara şikayət verdikdə DYP işçisi R.Adamov general Ramiz Zeynalov tərəfindən 29 oktyabr 2019-da ciddi cəzalandı.Və Ramiz Zeynalovun icraçısı Ceyhun Əliyev gəlib onun fəaliyyətini yoxladılar.C.Əliyev mənimlə əvvəlcə noyabrın 6-da telefonla danışanda hadisənin bu cür baş verməsinə inanmadığını, hətta şoka düşdüyünü etiraf etmiş və tapşırmışdır ki, mən Bakıdan gələnə qədər heç kimin zənginə cavab vermə, soruşan olanda de ki. Bu işlə Ceyhun Əliyev məşğul olur” O, Şəkiyə gəlib Şəki DYP rəsmiləri ilə görüşdükdən sonra isə mənə qarşı aqressiv danışmağa başladı ki, bu nə məktubdur yazmısan və s. boş boş sözlər. Başa düşdüm ki, “kəndxudanı görüb razılıq alıblar” Və bundan sonda R.Adamov vəzifəsini itirməmək üçün xeyli maddi ziyana düşdü. Çünki 2017-ci ilin oktyabrın 16-da R.Adamov “Region-Şəki”nin müxbiri, Şəki sakini Nicat Mirzəxanlını vəhşicəsinə döydüyünə görə Şəki Polisində 102 xidmətinə daxil olan zəng əsasında Şəki Mərkəzi Xəstəxanasında araşdırma aparılmış və iş ört basdır edilmişdir. Digər hadisə isə 11 iyun 2019-cu il tarixində Şəki şəhərində taksi sürücüsü Akif Məsimova qarşı polis R.Adamovun törətdiyi zorakılığa etiraz edən A.Məsimov özünə çoxsaylı bıçaq zərbələri vurmuş və sürücünün həyatını xəstəxanada edilən cərrahi əməliyyat zamanı xilas etmək mümkün olmuşdur.Hadisəilə bağlı Şəki Prokurorluğunda R.Adamovun işi araşdırılmış və birtəhər “canını” qurtarmışdır. A.Məsimov məsələilə bağlı 2019-cu ilin sonunda Şəkidə Daxili İşlər Nazirinin qəbulunda olmuşdur. 03 oktyabrda isə 10 manat cərimənin silinməsi üçün 200 manat rüşvəti Ziyəddin Hümmətovun yanında və kameranın altında məndən istəmişdir. Ziyəddin Hümmətov bu faktla bağlı Şəki Prokurorluğunda izahat yazsa da müstəntiq Tural, cinayətdə iştirak edən Aqşini gizlətmiş və gizli sövdələşmə nəticəsində işi ört basdır etmişdir. Bu günə qədər Şəki Prokurorluğu mənə şikayətimin nəticəsi barədə qəbul etdiyi 24 oktyabr 2019-cu il tarixli əsassız qərarını hələ də rəsmi olaraq göndərmir ki, şikayət verməyim. (Onlar ümumiyyətlə Şəki zonasında heç bir vətəndaşa Baş Prokurorluqdan fərqli olaraq cavab vermirlər.) Nəticədə çoxsaylı maddi ziyana düşən R.Adamov Aşağı Göynük kəndində mütəmadi əlaqə saxladığı bir ticarət adamına ( bu şübhəli şəxsin elə mənim yaşadığım evin yaxınlığında marketi vardır və Ramil Adamovla sıx dostluq müasibətindədir) mənim ölümümə döyülməyimi sifariş etmişdir.( telefon zəngləri yoxlanılsa məsələni aydınlaşdırmaq olar) 19 noyabrda mən “Şəki” şadlıq evində toyda olarkən iki nəfər şəxs Rasim Hüseynov və Nurəddin Nazim oğlu( qaydasız döyüş üzrə Azərbaycan çempionu) heç bir səbəb olmadan məni həyətə dəvət etmiş və kənddəki marketi olan qonşularının ( Ramil Adamovun dostu olan) sifarişi əsasında vəhşicəsinə döymüşlər. Nəticədə ağzımda iki dişim sınıb düşmüş, sir sifətim qana boyanmış,burnum sınmış, daxili orqanlarımın (dalaq, qara ciyər, böyrəklərim) hamısı ciddi zədələnmişdir. Zərbələrin təsirindən hüşumu itirsəm də Azərbaycan çempionu məni vurmaqda davam etmişdir. Yaxşı ki, Kamal Ziyyəddin oğlu səs-küyə gəlmiş və muzdlu qatillər qaçmışlar. Toya gəlmiş Sərxan həkimin sayəsində 30 dəqiqədən sonra mən özümə gəldikdə həkimin avtomobilinə mindirib evimizə gətirmişlər. Aldğım kəllə-beyin silkələnməsindən 1 ay yuxuya gedə bilmədim. Hadisədən 6-7 gün sonra Bakıya gəlib “İstanbul NNS” klinikasından müayinə və müalicə aldım. Xeyri olmadı. Daxili orqanlarımda çoxsaylı əziklərin olmasını həkim UZİ müayinələrindən nəticəyə gəlib dərmanlar yazdı.( Sənədlər əlavə olunur)
Bəs Şəki Polis təhqiqatçıları polis mayorları Elxan noyabrın 23-dəvə Aqil Cəfərovlar isə 31 yanvar və 17 martda baş vermiş ağır cinayəti necə ört-basdır edirlər? Hər iki təhqiqatçı öz kompüterində öz bildikləri kimi tərəflərin izahatlarını yazıb cinayəti ört basdır etdilər.
Həmin gün ağır xəsarətlər aldğımı görən anam vəziyyətimi görüb DİN-nin 102 xidmətinə zəng edib şikayət etmişdi. Şəki Polis İdarəsindən polkovnik-leytenant Elxan gəlib məndən ilkin izahat almışdı. Şəki polisində müstəntiq Elxan isə bu hadisəni kompüterində elə düzüb qoşdu ki, sanki az qala mən günahkar olurdum. Guya onlara əvvəlcə söyüş söymüşəmmiş, gizlin yerdə, adamların olmadığı yerdə yalnız Rasim mənə iki təpik və yumruq vurubmuş, Azərbaycan çempionu Nurəddin isə sakitcə baxıbmış və s. uydurmalar düzüb-qoşmalar. Noyabrın 24-də kənddə toyda olduğum zaman isə Rasimin dayısı gəlib mənə bir çiyin zərbəsi vurdu və acıqla üstümə qışqırdı ki, sən bizi 1000 manat ziyana saldın. Düzdür, bu adam sərxoş idi. Əslində bu muzdurlar məni öldürsə də, əlil də etsələr mən günahı bunlarda görmürəm. noyabrın 20 və 21-də müstəntiq Elxan mənə 3 dəfə zəng edib bildrdi ki, “indicə rəisin yanından sənin məsələni danışıb çıxdım. Rəis dedi ki, əgər Sadiq şikayətini geri götürsə sonra başı ağrıya bilər. cavab verdim ki, mən sonadək şikayəti geri götürən deyiləm.” O biri telefon danışığında isə Elxan bildirdi ki, səndən soruşsalar deki, polis bilər, mənlik deyil. Sən işi bizə burax, mən onları yaxşıca “başa salaram”.Razılaşdıq. dedim ki, ağrılarım çoxdur mən gəlməyim.” (telefon danışıqları əlavə olunur) Ayın 21-də həqiqətən Rasim və Nurəddinə Elxan polis iltizam yazdırıb ki, bir daha Sadiq Əbdürrəhimovla heç bir işimiz olmayacaq.( Yəni hər iki quldur etiraf edir ki, məhz onlar mənə xəsarətlər yetirmişlər. Sənəd əlavə olunur. Amma nə baş verdi? Həmin Elxan təhqiqtaçı canilərlə sövdələşib işi ört basdır edən qərar ( 24.11.2019) qəbul etdi. Sözünü tutmadı, maddi maraqlarına görə.
Amma mən qəti olaraq bilmək istəyirəm ki, bu muzdurlara məni vəhşicəsinə döyməyi və ağır xəsarət yetirməyi kim sifariş verib?Amma o da faktdır ki, general Zeynalov Ramizin Şəki DYP işçisi Adamovu yüngülcə inzibatı məsuliyyətə cəlb etməsi, Şəki Prokurorluğunun Adamovun dəstəsini ifşa etməməsi, faktiki qanunsuz hərəkətlərini ört-basdır etmək üçün, Bakıdan gələn DİN-nin polisi C.Əliyevi təzədən Bakıya yola salmaq üçün və sonda işini, vəzifəsini itirməmək üçün uşaq da bilir ki, külli-miqdarda zərərə düşmüşdür. Və araşdırmaların davam etdiyi bir zaman doğma əmim oğlu Mehdi Əbdürrəhimova( elə həmin Adamov tərəfindən gizli nömrədən zəng edərək hədə-qorxu gəlmişdir ki, Sadiq şikayətini geri götürsün, yoxsa sonrası pis olar”. Bəli, deyilən kimi də oldu. Sonrası, noyabrın 19-da həqiqətən mənim üçün çox pis oldu. Yəni, mən xəbərdarlığımı 20-22 gün əvvəl əmioğlu vasitəsilə Adamovdan almışdım. Məni bu cür ömrüm boyu başqa heç kim hədələməmişdir. Amma bu gün də deyə bilmərəm ki, məni fiziki cəzalandırmaq, məhv etmək istəyən sifarişçi qəti olaraq dəqiqliyilə kimdir. Bunu istintaq araşdırmasında müzdluları sorğu-suala çəkməklə,məntiqlə sübuta yetirilə bilər.Əgər istəsə. Və onu da qəti olaraq bildirirəm ki, bu günə qədər mənim heç kimlə bir düşmənçiliyim olmayıb və başqa heç kimdən də şübhələnmirəm.Təkcə məni hədləyən Adamovdan başqa. Mən adi bir avtomobil elektrikiyəm. kasıbçılıqla dolanıram. Şəhid ailəsi olsam da son 25 ildə dövlət tərəfindən ailəmizə hər hansı yardım və ya köməklik olmayıb.( Nə bir ev,iş, torpaq, pul yardımı, avtomobil, və s.) Nə də biz qürumuza sığışdırıb heçnə ummamışıq. Elə buna görə də Azərbaycanda yeganə şəhid ailəsiyik ki, kimsəyə təmənnamız olmayıb.
Yenidən başlanmış istintaq araşdırmasından qorxuya düşən Adamov vəziyyətdən çıxmaq üçün artıq ləğv edilmiş Şəki PŞ-nin 24 noyabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarını əldə rəhbər tutaraq mənə qarşı 24 dekabrda “Şərəf və ləyaqətin müdafiəsilə dəymiş maddi və mənəvi ziyan tələbilə məndən məhkəmə qaydasında təzminat tələb edir. Bu da Şəki Polis Şöbəsinin Adamova göstərdiyi “qayğı”və köməkliyi. Doğrudan da Dövlətimiz tərəfindən biz şəhid ailəsinə 2019-cu ilin payızında təqdim edilən şəhid qardaşımın qan pulu olan 11000 manatı aldığımızdan polis Adamov xəbər tutub. Və istəyir ki, digər sürücüləri şərləyib döydüyü kimi ( mətbuat işçisi Nicat Mirzəxanlını), xəstə taksi sürücüsü Akif Nəsirovu sürüdərək rəisi Şəhmir Uluxanovun yanına gətirməyə zor işlətdiyi zaman, sürücnün özünü bıçaqlayıb öldürmək istəməsi və mənim avtomobilimi oğurlayıb qaçırması və s. qanusuz hərəkətləri bütün sürücləri nəticədə dövlətdən narazı salır. İndi də məni yazdığı şər-böhtan iddiası ilə məhkəməyə verib ildırımsürətli icraatla əlimizdəki “şəhidin “QAN PULUNU” almaq istəyir.Mən də həm Şəki DYP işçisi R.Adamovu və digər işçisi olan Aqşinə qarşı qarşılıqlı iddia ərizəsi verdim. Və hakim Pərviz Həsənov R.Adamova qarşı verdiyim iddanın icraata götürülməsi barədə 6 aprel 2020-ci il tarixli Qəradad qəbul etmişdir.
Ona görə də Şəki ŞPŞ-nin 24 dekbr 2019-cu il saxta qərarı şikayətim əsasında ləğv edilmış və iş yenidən təhqiqata verilmişdir. Lakin mən şikayətimdə işin Qax polisində araşdırmasını xahiş edirdim. Çünki bilirim ki, Şəki ŞPŞ heç vaxt sifarişçinin DYP əməkdaşı R.Adamov olmasını üzə çıxartmaq arzusunda ola bilməzdi. Və belə də oldu. İkinci təhqiatçı mayor Aqil Cəfərov da 1-ci təhqiqat materialını olduğu kimi kompüterdə köçürüb 31 yanvarda cinayət işinin başlanmasının rədd edilməsi barədə əsassız qərar qəbul etmişdir. Qərarda bir fərq vardı ki, təhqiqatçı guya ədalətli araşdırma aparıldığını göstərmək üçün məni hadisədən 2 ay sonra həkim ekspertizasına göndərmişdir. Lakin mənim hadisədən 7 gün sonra İstanbul NNS klinikasında keçdiyim müalicə və rəyləri qəsdən nəzərə alamaış ört basdır etmişdir. Sonda isə yenə də əsas mənə ağır xəsarətlər yetirən Nurəddin Nazim oğlunu guya ayıran tərəf kimi göstərməklə işi ört basdır etmiş, həkim rəyində heçnə tapılmadığını əsas gətirərək cinayətkarlar və onların sifarişçisi qarşısında götürdükləri öhdəlikləri( rüşvət müqabilində) bir daha yerinə yetirmişlər. Rasimə isə yenə də əvvəl olduğu kimi İXM-nin 157-ci maddəsi üzrə cərimə tətbiq etməklə gizli sövdələşməyə nöqtə qoymuşdur. Maraqlı burasıdır ki, Rasim və Nurəddin quldur dəstəsinin sifarişçinin adının açıqlanmaması üçün maraqlı tərəf Rasimi bu arada ara sakitləşənə qədər uzun müddətə Rusiyaya gedib qalmasını təşkil etmişdir. 31 yanvar əsassız qərarı barədə verdiyim şikayətə Şəki Prokurorluğunun 04 mart tarixli qərarı əsasında ləğv edilmiş və iş yenidən araşdırılmaya qaytarılmışdır. Digər tərəfdən Şəki rayon İH-nin başçısının 1-ci müavini cənab Həsən Həsənovun Şəki Prokurorluğuna yazdığı məktuba əsasən verdiyimiz şikayətin araşdırlması xahiş olunmuşdur. Lakin bütün bunlara baxmayaraq 16 mart tarixində təhqiqtçı polis mayoru Aqil Cəfərov mənə zəng edərək yenidən izahat yazmalı olduğumu bildirmişdir. Mən şikayət etdiyim təhqiqatçının məni yenidən izahat almağa çağırması qanunazidd olduğundan getmədim. Və dərhal da 17 mart 2020-ci ildə A.Cəfərov 31 mart tarixli qərarını heç bir araşdırma aparmadan olduğu kimi yazıb “cinayət işinin başlanmasının ləğv edilməsi” barədə təkrar əsassız qərar qəbul etdi. Təbii ki, o cinayətkar dəstəilə sövdələşdiyi kimi, əsassız qərarında yenə onları utanmadan müdafiə edirdi. Mən də yenə rüşvət hesabına yazılan əsassız qərarın ləğv edilməsini yeni sübut və məntiqlə əsaslandırıram:
- Son şikayətimi araşdıran Şəki Prokurorunun 1-ci müavini cənab Vüqar Hacıyev o qədər savadsız adam deyil və çox düzgün olaraq polisin əsassız 31 yanvar 2020-ci il tarixli qərarının ləğv olunması barədə 04 mart tarixli qərar qəbul etmişdir. Elə Şəki İH başçısının 1-ci müavini də kifayət qədər peşəkardır və məslənin dərhal araşdırılmasını Şəki prokurorluğuna həvalə etmişdir.
- Təhqiqatçı mənim 60 gündən sonra həkim ekspertizasına göndərməklə guya işə obyektiv baxdığı görüntüsü yaratmışdır. Bəs niyə 3 həftə ərzində bu prosedur edilmirdi? Niyə hadisədən 1 həftə sonra mənim Bakıda müraciət etdiyim İstanbul NNS klinikasının rəyləri nəzərə alınmadı?
- Niyə 11 oktyabr saat 15 radələrində əmi oğluma (Mehdiyə) gizli nömrədən zəng etmiş şəxsin kimliyi mobil operatora sorğu verilməklə araşdırılmadı? Çünki, zəng edən şəxs( R Adamov özü) mənim R.Adamovla bağlı verdiyim şikayəti geri götürməsini tələb etmiş, yoxsa pis olacağı barədə hədə-qorxu gəlmişdir. Niyə Mehdi Əbdürəhimovun və Adamovun izahatı alınmadı?
- Niyə mayor A.Cəfərov mənim Rasimin dayısı tərəfindən hədə-qorxusu ki, “Sən bizi 1000 manat ziyana salmışsan” sözləri izahata yazmaq istəmədi? Bu pul görəsən hansı polisə işi ört basdır etmək üçün verilibmiş?
- Niyə mənə 1-ci hadisə günü “Göynük petrol”un qabağında Şəki DYP işçiləri R.Adamovla, Aqşinin məndən 200 manat rüşvət istəməs ilə əlaqədar olan videogörüntülər sonradan Adamov tərəfindən icazəsiz və qanunsuz silinmişdir?
- Niyə Şəki DYP rəisi Ş.Uluxanov 11 oktyabr 2019-cu ildə səhər məni yanına idarəyə çağırmış və Adamovla bağlı yazdığım şikayəti geri götürməyi tələb etmiş, və bunu şər-böhtan adlandırmışdır. “Geri götürməsən səni elə şər-böhtana salaram ki”- mesajı verməklə məni hədələmişdir. Niyə? kim olub bu adam?
- Polsin işi ört-basdır etməsindən sonra sifarişi alan əsas cani Rasim sifarişçinin pulları hesabına Rusiyaya uzun müddətli qaçmışdır ki, iz itirilsin. Şəki polisi də bu adamı yüngül cərimə ilə cəzalandırmışdır ki, sərhəddi keçməyə problem olmasın.Amma o tezliklə geri qaytarılmışdır.
- Rasimin anası da bildirmişdir ki, oğluna Sadiqin döyülməsini kim sifariş verdiyini sərxoş olduğuna görə yadından çıxarıb, sözləri nəyin etirafıdır?
- Rasim və Nurəddinin 21 noyabrda Şəki Polisində yazdıqları izahatda öhdəlik götürürlər ki, “Bizim Sadiq Əbdürrəhimovla heç bir işimiz olmayacaq.” Bu izahat sonradan iş materiallarından təhqiqatçı tərəfindən gizlədilir.Yəni sübut olunur ki, Nurəddin əsassız qərarda qeyd edilidiyi kimi, hadisəyə dəxli olmayıb, amma iltizamı ilə etdiyi cinayəti etiraf edir.
- Hər dəfə şikayətlərimdən sonra Rasim ona sifariş vermiş polis Ramil Adamovun kəndimizdəki dostu,market sahibinin yanına tez tez getməsi və nə edəcəklərini soruşması və həmin şəxsin də mənə dəfələrlə bu məsələyə son qoymağı xahiş etməsinə səbəb nədir?
- Niyə məni telefonla hədləyən polis Ramil Adamovun izahatı alınmayıb,Niyə qatillərin məni ölümcül döyməsi zamanı mənə ilk tibbi yardım göstərən və məni öz NİVA sında evimizə gətirən Sərxan həkimdən izahat alınmayıb?
- Niyə Şəki polis təhqiqatçıları biz tərəflərdən birlikdə izahat alıb 3 dəfə araşdırma zamanı üzləşmə aktı tərtib etməyib? O zaman belə saxta qərarın əsası ola bilərmi?
Mən qəti əminəm və hesab edirəm ki, mənim vəhşicəsinə döyülməyim Şəki DYP əməkdaşı R.Adamov tərəfindən sifariş verilib. Sadəcə bu işi vicdanı olan polis təhqiqatçısının araşdırması yetərli ola bilər ki, azərbaycanlı sürücülərə qarşı xüsusi amansızlığıilə tanınan Ramil Adamovun, eləcə də onun Oğuz DYP sistemindən qovulmuş qardaşı İlqar Adamovun, eləcə də Zaqatalada DYP sistemində uzun müddət at oynatmış dədələri Dəhnəli Vaqif Adamovun xislətini araşdırsalar çox məsələ üzə çıxar.Mənə qarşı törədilən ağır cinayətlərin rüşvət hesabına ört-basdır edilməsindən sonra qəti qərar gəlmişəm ki, sonuncu dəfə yuxarı dövlət orqanları rəhbərlərinə müraciət edim. Əgər məsələ yenə də vicdansızcasına ört-basdır ediləcəksə, o zaman Azərbaycan vətəndaşlığından çıxmağımla bağlı dövlət başçısına müraciət edəcəyəm. Bəli, “Şəkili Faiq” kimi tanınan, ermənilərin başına 3 mil. rubl qoyduğu mənim əfsanəvi şəhid qardaşım ona görə qanını tökməyib ki, bu gün mənim tökülmüş qanımla cinayətkar ünsürlərlə bazarlıq edib aldıqları rüşvətlə ailələrində haramzada yetişdirsinlər.
Baş Prokuror cənab Zakir Qaralovdan xahiş edirəm ki, Şəki ŞPŞ-nin təhqiatçları olmuş polis mayorları Elxan və Aqil Cəfərovun cinayətkar dəstə ilə sövdələşməsi nəticəsində qulluq mövqelərindən süi-istifadə etmələri nəticəsində qəbul etdikləri və ləğv olunmuş 24 nayobr 2019, 31 yanvar 2020 və ləğv olunmalı 17 mart 2020-ci il tarixli əsassız qərarlarında törətdikləri qanunpozuntuları yenidən araşdırılaraq hüquqi qiymətini alsın,işin araşdırılmasını Şəki Prokurorluğuna həvalə edilsin.
Cənab Prezident!
Mən şəhid ailəsinin qəddarcasına döyülməyimələ ağır xəsarətlər yetirməyə sifariş verən cinayətkarın şəxsi nəzarətiniz altında tezliklə tapılması barədə əvvəllər dəfələrlə xahişlər etsəm də ərazi aidiyyatı bəhanə gətirilərək yenidən eyni işi aparan təhqiqatçı Aqil Cəfərova həvalə edilməsinin qanunvericiliyə zidd olmasını nəzərə alaraq mənim şikayətimin prokurorluqda araşdırılmasını və Polis təhqiatçıları Elxan və Aqil Cəfərovin 17 mart qərarının ləğv edilməsini, barələrində törətdikləri qanunpozuntularına görə araşdırmalar aparılmasına və cinayətkarların tezliklə ifşa olunaraq hakim qarşısına çıxarılması barədə göstəriş verməyinizi xahiş edirəm.
Aktualinfo.org