BMT-dən xəbərdarlıq: pandemiya səbəbindən kütləvi aclıq olacaq

BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) icraçı direktoru Devid Beasley ərzaq təhlükəsizliyinin təmin edilmədiyi təqdirdə, koronavirus pandemiyası səbəbiylə bəşəriyyətin kütləvi aclıqla üzləşə biləcəyini söyləyib.

Bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.

“Əgər indi hazırlaşmasaq və tədbir görməsək, bir neçə aydan sonra aclıq keçirə bilərik” deyib.

Beasley bunun qarşısını almaq üçün bir sıra tədbirlər təklif edir. Bütün hərbi münaqişələrin iştirakçılarına maneəsiz humanitar yardım təmin edilsin, həmçinin dünyada humanitar yardım tədarükünün axınını təmin edən logistika mərkəzləri yaradılsın və bura 350 milyon dollar sərmayə qoyulsun.

“Hər şeydən əvvəl sülhə ehtiyacımız var. Zaman bizim tərəfimizdə deyil, buna görə də ağıllı və tez hərəkət etməliyik”. Beasley sözlərini belə tamamlayıb.

Daha əvvəl WFP mütəxəssisləri COVID-19 təsiri səbəbiylə 2020-ci ilin sonuna qədər dünyada 130 milyon insanın ac qalacağını söyləyib./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password