Məleykə Abbaszadə keçid balı ilə bağlı sualı cavabladı
“Qruplar üzrə keçid balları müsabiqə zamanı müəyyənləşir”.
Aktualinfo.org xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə hazırkı vəziyyətlə bağlı keçid ballarının aşağı salınıb-salınmaması haqda sualları cavablandıran zaman deyib.
Bildirib ki, müsabiqəyə buraxılışla bağlı minimal şərtlər var və dəyişməyəcək: “Keçid ballarını biz müəyyənləşdirmirik, müsabiqə zamanı müəyyənləşir. Hesab edirəm ki, bu il müəyyən ixtisaslarda yüksək, müəyyən ixtisaslarda isə aşağı nəticələr olacaq. İndidən keçid balı ilə bağlı nəsə demək doğru olmaz”.