İranda karantin rejimi yumşaldılır – Fabriklər açılır, taksilər işləyir

İranqa koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində tətbiq edilən bəzi qaydalar yumşaldılır.

Nazirlər Kabinetinin Böhran Komitəsi küçəyə çıxma qadağası xaricindəki vaxtlarda səhiyyə qaydalarına əməl etmək şərtilə iş yerləri, fabrik və atelyelərin açılmasına icazə verildiyini açıqlayıb.

Qərar çərçivəsində 3 tondan yuxarı yük daşınması həyata keçirən maşınların və taksilərin günün müəyyən saatlarında işləməsinə də izn verildiyi bildirilib.

Açıqlamada təhsil qurumları, ibadətxanalar, kafelər, idman salonları, ticarət mərkəzləri və restoranların qapalı qalacağı və hər növ kütləvi toplaşmaların, yas mərasimlərinin keçirilməsinə icazə verilməyəcəiyi qeyd olunub.

Bundan başqa, Ramazan ayı boyunca 19:00-06:00 saatları arasında küçəyə çıxma qadağası tətbiq ediləcək. Digər saatlarda isə qərar daha yumşaq olacaq.

İraq Səhiyyə Nazirliyinin açıqlamasına görə, ölkədə 1 539 infeksiyaya yoluxma faktı aşkarlanıb. 82 nəfər dünyasını dəyişib./publika.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password