20 aprel Xalq artisti Nəsibə Zeynalovanın ad günüdür
Bu gün Xalq artisti Nəsibə Zeynalovanın ad günüdür.
Aktualinfo.org xəbər verir ki, o, 20 aprel 1917-ci ildə Bakıda anadan olub. 1941-ci ildə Teatr Texnikumunu bitirib, Musiqili Komediya Teatrında işləməyə başlayır. Azərbaycan kino sənətinə «Qayınana», «Ulduz», «Bağlı qapı», «Yuxu» kimi əvəzolunmaz incilər bəxş edib.
N.Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi şöhrət tapıb. Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 1974-cü ildə “Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Nəsibə Zeynalovaya Azərbaycanın Dövlət Mükafatı laureatı olub.
Aktrisa 10 mart 2004-cü ildə dünyasını dəyişib.