Çirkli havanın olduğu bölgələrdə koronavirusdan daha çox adam ölür
“Havada yüksək miqdarda toksik maddələrin olduğu regionlarda COVİD-19 dan sağalma şansı daha azdır. Hətta havanın keyfiyyətində azacıq fərq belə koronavirusla yoluxmaya təsir göstərir”.
Bunlar Almaniyanın “Der Spiegel” jurnalında dərc olunmuş araşdırma yazıda yer alıb.
Müəlliflər Yukiya Merlitt və Kristof Zaydler tərəfindən qələmə alınan yazıda Harvard universitetində Françeska Dominiçinin rəhbərliyi altında bu sahədə xüsusi tədqiqat aparıldığı qeyd olunub. Araşdırmaçılar ABŞ-ın müxtəlif bölgələrində havanın keyfiyyəti və “COVİD-19″dan ölüm halları arasında asılılığı müəyyən ediblər Nəticələr göstərir ki, illər boyu çirkli havanı udmağa məcbur olan insanlar xəstəliyi daha ağır keçirir və hətta bəzi vaxtlarda ölümlə sonuclanır.
“Müəyyən etdik ki, havanın hər kubmetrinə bir mikrogram qədər tozun artması” Covid-19 “dan ölüm hallarını orta hesabla 15% artırır. Başqa sözlə, əgər Manhettendə son 20 ildə incə tozun miqdarı havanın hər kub metri üçün yalnız bir mikrogramdan aşağı olsaydı, hesablamalara görə, 250 nəfər az adam ölərdi,”-deyə alimlər yazırlar.
Ekspertlərin bəhs etdikləri, ölçüsü 2,5 mikrondan kiçik olan çox kiçik hissəciklərə aiddir. Onlar ağciyər vesiküllərinə nüfuz edərək, tənəffüs yollarına təsir göstərir və astma kimi xəstəliklərə səbəb olur. Bundan başqa, insanlarda ürək-damar xəstəlikləri riski də artır. Bütün bunlar isə koronavirusdan ölüm riskini artıran amillər saylır”,- deyə nəşr izah edir.
Françeska Dominiçi buna görə xəstəxanaların daha çox süni tənəffüs verən aparatlarla təchiz olunmasının vacibliyini vurğulayıb. “Araşdırma həm də onu göstrir ki, xəstəliklər ən çox kütləvi qələbəliyin olduğu, habelə sənaye zonalarında yaşayan əhalini kasıb təbəqələrinə toxunur”,-deyə yazıda qeyd olunub.