Abituriyentlərin keçid balı ixtisaslar üzrə aşağı salına bilər

“Test suallarında müəyyən sadələşdirmə, yaxud da yumşaldılma olacaq”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Etibar Əliyev AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin “koronavirus uzun müddət davam edərsə, buna uyğun olaraq Dövlət İmtahan Mərkəzi öz test bankına müəyyən dəyişikliklər edə bilər” fikirini şərh edərkən deyib. Deputat bildirib ki, Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi aprelin 20-dən sonra bununla bağlı qərar verməlidir:
“Yaranmış fasilə onu göstərir ki, nəsə bir dəyişiklik olmalıdır. Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi aprelin 20-dən sonra bir araya gəlib çıxış yolu tapmalıdırlar. İsa Həbibbəylinin fikirindən belə başa düşürəm ki, testlərdə müəyyən sadələşdirmə, yaxud da  yumşaldılma olacaq. Bu, çox yaxşıdır”.
Etibar Əliyev qeyd edib ki, test suallarında ediləcək güzəştlər ancaq bir xətt üzrə aparıla bilər:
“Ya buraxılış, ya da qəbul imtahanları ilə bağlı tərtib olunan suallarda yumşaldılma olmalıdır. Düşünürəm ki, bu, karantin rejiminin bir ay uzadılacağı təqdirdə mümkün ola bilər. Ya testlərdə sadələşdirmə, ya da keçid balını ixtisaslar üzrə aşağı sala bilərlər. Hər halda aprelin 20-dən sonra iki qurum qarşılıqlı qərar verəcək”.
Qeyd edək ki, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli mətbuata müsahibəsində “koronavirus uzun müddət davam edərsə, buna uyğun olaraq Dövlət İmtahan Mərkəzi öz test bankına müəyyən dəyişikliklər edə bilər”, – deyə bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password