Bill Qeyts koronavirus pandemiyasının nə vaxt sona çatacağını proqnozlaşdırıb
Sahibkar bu barədə CNBC telekanalına açıqlamasında bildirib.
Qlobal COVID-19 pandemiyasının sona çatması ilə əlaqədar suala Qeyts belə cavab verib:
“Bunun üçün bütün Amerika xalqı müalicə üçün peyvənd axtarmalı, karantinə nəzarət etmək üçün birlikdə çalışmalıdır”.
Onun sözlərinə görə, vətəndaşlar mayın sonunda və ya iyun ayında normal həyata qayıda biləcəklər.
Ancaq o, pandemiya ilə bağlı vəziyyətin necə sabitləşəcəyini deməyib.
Qeyts amerikalı məktəblilərin və tələbələrin tədris ilinin sonuna qədər dərsə qayıtmayacaqlarını, ancaq gələn payızdan etibarən təhsillərini davam etdirə biləcəklərini söyləyib.
Ayrıca “Microsoft”un qurucusu izah edib ki, müasir şəraitdə normal həyatın bir çox xüsusiyyətlərinə qayıtmaq tezdir: “Hansı fəaliyyət növlərinin böyük ictimai fayda gətirdiyini müzakirə etməliyik”.
Sahibkar ABŞ-da mümkün olan idman tədbirlərinin yenidən başlaması ilə bağlı açıqlamalar verərək bunun səmərəli olacağını, ancaq pandemiya ilə mübarizəyə müdaxilə edə biləcəyini gizlətməyib.
Qeyts rəhbərlik etdiyi Fondun koronavirusa qarşı peyvənd üzərində çalışdığını, ancaq 18 aydan sonra yarana biləcəyini deyib: “Bu, 95 faizdən çox effektivliyi olan bir dərman olacaq”.
Milyarder ABŞ-ın infeksiyaya qarşı effektiv mübarizə aparmaq üçün sərhədlərini bağlamağın vacibliyi deyib.
Daha əvvəl “Microsoft”un qurucusu həyat yoldaşı Melinda ilə birlikdə COVID-19 ilə mübarizə aparmaq üçün 100 milyon dollar bağışlayıb. Eyni zamanda, “Twitter”in qurucusu Cek Dorsey də koronavirusa görə bir milyard dollar köçürdüynü deyib.
ABŞ-da koronavirusa yoluxanların sayı 467 mini keçib. Rəsmi məlumatlara görə, dünyada 1,6 milyondan çox insan bu xəstəliyə yoluxub, onlardan 355 mindən çoxu müalicə edilib, 96 mindən çox insan ölüb.(konkret.az)