Türkiyədə koronavirusdan ölənlərin sayı 900-ü ötdü

Türkiyədə daha 96 nəfər pandemiyanın qurbanı olub.

Aktualinfo.org-un məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 908 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 550 000-i ötüb. Bunların 344 837 nəfəri sağalıb, 91 720 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password