Sahil Babayevin açıqlaması insanların ümidlərini boşa çıxardı
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin açıqlamasına görə, əgər ailədə bir nəfər əmək müqaviləsi ilə işləyirsə və yaxud kimsə pensiya və yaxud sosial müavinət alırsa, nəhayət, kiminsə adına torpaq payı varsa, digər üzvlərinə birdəfəlik yardım verilməyəcək.
Bu hesablamanı iqtisadçı alim Qubad İbadoğlu aparıb.
“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400 manat təsdiq olunub ki, onun da yalnız 5 milyon manatını işsizliyə görə sığorta ödənişləri təşkil edir. Ədalət niyə polzulur?”
İqtisadçı alim Qubad İbadoğlunun fikrinə görə, nazirin bu çıxışı dövlət başçısının tövsiyələrinə zidddir.
“Əvvala, necə olur ki, cərimə edəndə hər kəsi edirlər, yardım verəndə isə ailənin digər üzvünün vəziyyətini nəzərə alırlar?
İkincisi, işsizlik sığortası müainəti dövlət büdcəsindən deyil, İşizlik sığortası Fondundan ayrılır. 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Qanuna görə, işsizlikdən Sığorta Fondunun maliyyə mənbəyi işəgötürənlər və işçilərdir. Hər ay işəgötürənlər əmək fondunun 0,5 faizi, işləyənlər isə maaşlarının 0,5 faizi məbləğində Fonda vəsait ödəyirlər. Bu il üçün işçilərin və işə götürənlərin ödəmələri hesabına formalaşan İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400 manat təsdiq olunub ki, onun da yalnız 5 milyon manatını işsizliyə görə sığorta ödənişləri təşkil edir. Bax sosial ədalət burda pozulub. Büdcə müzakirələri dövründə mən bu məsələni qaldırsam da nəzərə alınmadı. Heç olmazsa hazırkı şəraitdə, əhalinin bu çətin günlərində bunu nəzərə alın, işzilərin hamısınına sığorta müavinəti vermək aztəminatlı vətəndaşına dəstək olmaq dövlətin ümdə vəzifəsidir.
Nəhayət, soruşmaq istərdim ki, bütün tədbirlərdə ağız dolusu danışılan 52 milyard dollar valyuta rezervi hardadır, indiki çətin gündə də xərclənməyəcəksə o nəyə lazımdır, onu nə vaxta saxlayırlar, nəyi gözləyirlər. Bu problemləri əvvəlcədən bildiyimə görə mən təklif edirdim ki, yardım ünvanlı olmalı və adambaşına -18-ə qədər və yuxarı olmaqla 125 manat uşaqlar və 250 manat böyüklər üçün ehtiyacı olan hamıya verilməlidir.? “,- deyə o bildirib.(aztoday.az)