Azərbaycanda koronavirusa yoluxma – KƏSKİN ARTDI

Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alınıb, infeksiyaya yoluxmuş 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Aktualinfo.org xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verib.

İ.Məmmədov deyib ki, Azərbaycanda koronavirusla bağlı pozitiv fikir söyləmək mümkün deyil: “Ötən həftə ərzində xəstəliyin yoluxma halları davam edib. Bu gün ölkədə 105 nəfərin koronavirusa yoluxma faktı halı qeydə alınıb. Bura Naxçıvan Muxtar Respublikası da daxildir. Bu rəqəm onu göstərir ki, yoluxma halları artan xətt üzrə gedir”.

Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Mətbuat katibi qeyd edib ki, bu gün ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb. Gün ərzində apteklərə 450 minə yaxın tibbi maska verilir, 100 mindən artıq tibbi maska satılır.

Qeyd edək ki, indiyədək ilk dəfədir ki, Azərbaycanda gün ərzində koronavirusa yoluxanların sayı 100-dən artıq olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password