Ərdoğan məşhur aparıcı barəsində cinayət işinin açılmasını istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “FOX” televiziyasının məşhur aparıcısı Fatih Portakal barəsində cinayət işinin açılması üçün İstanbul Baş Prokurorluğuna müraciət edib…

Türkiyınin “Hürriyet”qəzeti xəbər verir ki, dövlət başçısı məşhur aparıcını sosial şəbəkədə yalan və xalqı çaşdırmağa yönəlmiş məlumatlar paylaşmaqda ittiham edir.

R.T.Ərdoğanın vəkili Ahmet Özel deyib ki, dövlət başçısı yazılı müraciətində milli həmrəyliyin önəmini vurğulayıb, könüllülük əsasında kampaniyaya göstərilən təvəccöhdən bəhs edib, görülən bütün tədbirləri açıqlayıb və tarixi bir nümunə olaraq Təkalifi Milliyə qanunundan söz açıb.

Vəkil A.Özel Fatih Portakalın tvitində R.T.Ərdoğanın nəzərdə tutmadığı ehtiyatı olan və əmanətçilərdən zorla vəsait istəniləcəyi yönündə işlətdiyi ifadələrin yalan olduğunu vurğulayıb: “Bunlar tamamilə yalan və xalqı çaşdırmağa, aldatmağa hesablanmış ifadələrdir. Bu səbəbdən cinayət işinin qaldırılması ilə bağlı prokurorluğa müraciət etmişik”.

F.Portakalın həmin tvitində bu sözlər yer alıb:

“Təkalifi Milliyə yada salınaraq, “bir də çətin günlərdən keçirik” deyilərək əmanəti və ya ehtiyatı olanlarda pul istəniləməsin! Koronasonrası ödəyək deyirlərmiş bir də! Olmaz, olmaz deyə bilmirəm, təəssüf ki!”.

Qeyd edək ki, Təkalifi Milliyə Türkiyənin İstiqlaliyyət müharibəsi dövründə ordunun ehtiyaclarını qarşılamaq üçün hazırlanan qanun olub. Qanuna görə, ehtiyac olduğu təqdirdə xalqa məxsus mülk və ya pul müsadirə edilə bilər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password