“Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” onlayn rəsm müsabiqəsi elan olunur

Bu gün bəşəriyyətin ciddi təhlükə ilə üzləşdiyi bir vaxtda çətinliklərin qısa müddətdə aradan qaldırılması üçün hər birimiz vətəndaş məsuliyyətini dərk edərək özünə və cəmiyyətə qarşı duyarlı olmağa, sosial izolyasiya qaydalarına əməl etməyə, mövcud resurslardan istifadə olunmaqla bu sürəci səmərəli və yaradıcı dəyərləndirməyə çalışmalıyıq. İnsanların fiziki sağlamlığının qorunması ilə yanaşı, mənəvi zənginləşməsi də böyük önəm kəsb etməkdədir.

Bu münasibətlə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu 6-16 yaş qrupuna daxil olan məktəblilər arasında “Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” mövzusu üzrə beynəlxalq onlayn rəsm müsabiqəsini elan edir və onları bu müsabiqədə fəal iştirak etməyə dəvət edir.

Fonddan bildirilib ki, müsabiqə bədii təxəyyülə malik istedadlı məktəblilərə dəstək olmaq, onların yaradıcılığının tanıdılmasına əlavə imkanlar yaratmaqla rəssamlıq fəaliyyətini stimullaşdırmaq, eləcə də gənc nəsilləri türkdilli xalqların zəngin mədəni irsinin, qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və dünyada təbliğinə cəlb etmək məqsədini daşıyır.

Rəsm əsərləri türkdilli xalqların günümüzədək yaşadılan milli adət-ənənələrini, mərasimlərini, həmçinin türk dünyasının ortaq mədəniyyətinin xüsusiyyətlərini özündə əks etdirməlidir.

 

Müsabiqədə iştirak edəcək məktəblilərin özləri barədə ətraflı məlumat (adı, soyadı, təvəllüdü, yaşadığı ölkə, şəhər, ünvan və əlaqə nömrəsi, eləcə də təsvir etdiyi kompozisiya və ya adət-ənənə haqqında ana dili və ingilis dilində qısa məlumat) əlavə edilməklə rəsm əsərləri mayın 1-dək turkictraditions@gmail.com elektron poçtuna göndərilməlidir. Təqdim olunan rəsm əsərləri xüsusi olaraq yaradılacaq internet saytında onlayn qaydada sərgilənəcək.

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri ləğv edildikdən sonra rəsm əsərləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun A.Bakıxanov 73A, Bakı şəhəri, Azərbaycan Respublikası ünvanına poçt vasitəsi ilə göndərilməlidir.

Sonda qaliblər xüsusi diplom və mükafatlarla təltif olunacaqlar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password