Səfir: Azərbaycan ən çətin dövrdə Çinə müxtəlif yollarla güclü dəstək verdi
Hazırda insanların həyat təhlükəsizliyini və sağlamlığını böyük təhlükəyə məruz qoyan və qlobal ictimai sağlamlıq təhlükəsizliyinə böyük problemlər yaradan yeni koronavirus sətəlcəm epidemiyası bütün dünyada yayılmaqdadır. İlin əvvəlindən bəri yeni növ koronavirusun qəfil başlaması fonunda heç bir çətinlik və təhlükədən qorxmayan Çin hökuməti və Çin xalqı epidemiyaya qarşı xalq müharibəsini başlatdı. Çətin əmək və böyük fədakarlıqlardan sonra Çində epidemiyanın qarşısının alınması və nəzarətinin mövcud vəziyyəti yaxşılaşmaqda davam edir, istehsal və həyat tərzi sürətlə bərpa olunur.
Bunları Çinin Azərbaycandakı səfiri Guo Minin Çinin Azərbaycana yardım üçün verdiyi epidemiya əleyhinə materialların təhvil verilməsi mərasimindəki çıxışı zamanı deyib.
Səfir bildirib:
“Çin və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümündə, biz buraya Çinin Azərbaycana yardım üçün verdiyi epidemiya əleyhinə materialların təhvil verilməsi mərasiminin keçirilməsi üçün toplaşmışıq. Bu tədbir xüsusi əhəmiyyət kəsb edir, eləcə də Çin ilə Azərbaycan arasındakı dərin və incə dostluğu, yüksək qarşılıqlı etimadı nümayiş etdirir.
Çin üçün ən çətin olan dövrdə Azərbaycan hökuməti və müxtəlif ölkələrdən olan dost insanlar müxtəlif yollarla güclü dəstək verdilər. Cənab Prezident İlham Əliyev dərhal sədr Si Cinpinə başsağlığı məktubu göndərdi. Sumqayıt Şəhər İcra Hakimiyyəti Sıçuan əyalətinin Mianyang şəhərinə və Shaanxi əyalətinin Sian şəhərinə çox sayda epidemiya qarşısının alınması üçün materiallar bağışladı. Heydər Əliyev Fondu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi Azərbaycanın ictimai qrupları müvafiq kanalları vasitəsilə Çin ilə fəal şəkildə həmrəy olduqlarını ifadə etdilər. Bu çətin vəziyyətdə kömək olan dostluq münasibətlərini biz həmişə qəlbimizdə saxlayacağıq.
Qlobal epidemiya vəziyyətinin getdikcə ağırlaşması ilə Azərbaycan hökuməti və xalqı da epidemiya ilə mübarizədə çox böyük təzyiq və çətinliklərlə üzləşir. Çin ilə Azərbaycan arasındakı dostluğu əks etdirmək üçün, Çin hökuməti 5 min ədəd yeni növ koronavirus epidemiyasının aşkarlayıcı testlərini Azərbaycan tərəfinə hədiyyə etmək qərarına gəldi. Çin, həmçinin yaxın gələcəkdə Azərbaycana epidemiya əleyhinə maddi yardımın ikinci toplusunu, o cümlədən qeyri-invaziv respirator, qoruyucu geyim və s. təqdim edəcək. Çinin Azərbaycandakı Səfirliyi müvafiq işləri fəal şəkildə həyata keçirəcək. Bundan əlavə, Shanxi əyalətinin Xian şəhəri, Sıçuan əyalətinin Mianyang şəhəri, Zhejiang əyalətinin Quzhou şəhəri və Çinin digər yerli əyalət və şəhərləri, eləcə də “Huawei Azerbaijan Technology Co., Ltd” şirkəti də mümkün qədər hər növ epidemiyanın qarşısının alınması materiallarını Azərbaycana hədiyyə etmək üçün fəal tədbirlər görür. Biz ümid edirik ki, yuxarıda göstərilən materiallar Azərbaycan tərəfinə epidemik profilaktika və nəzarət işlərini həyata keçirməkdə səmərəli və effektiv kömək edə bilər.
Cənab sədr Si Cinpin bu yaxınlarda Böyük 20-lik ölkələri liderlərinin xüsusi zirvə toplantısında əsas yoluxucu xəstəliklərin bütün bəşəriyyətin düşməni olduğunu qeyd etdi. Beynəlxalq ictimaiyyətin ən çox ehtiyacı olan şey, inamı gücləndirmək, birlikdə işləyərək çətinliyə birgə cavab vermək, beynəlxalq əməkdaşlığı hərtərəfli şəkildə gücləndirmək, epidemiyanı aradan qaldırmaq üçün bütün güc qüvvələrini birləşdirmək və əsas yoluxucu xəstəliklərə qarşı mübarizədə bəşəriyyətin qalib gəlməsi üçün əl-ələ verərək birlikdə çalışmaqdır. İnanıram ki, Prezident İlham Əliyevin güclü rəhbərliyi altında, Çin və Azərbaycan çətinlikləri aradan qaldırmaq, epidemiyanı ən qısa müddətdə qarşısını almaq və daha gözəl bir sabahı qarşılamaq üçün birlikdə çalışacaqlar!”