Qərargah: Vətəndaşların evdən çıxması elektron cihazlarla tənzimlənəcək

“Karantin rejiminin tələblərinə görə, vətəndaşlara zəruri hallarda evdən çıxmağa icazə verilib. Vətəndaşların evdən çıxmalarının səbəbinin bəlli olması üçün lazımi işlər görülüb.”

Bu sözləri Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib: “Vətəndaşlar evdən çıxmazdan əvvəl elektron nömrəyə zəng edərək xəbər verib, evdən çıxma səbəblərini bildirəcəklər. Küçədə isə polis əməkdaşlarına şəxsiyyət vəsiqələrini təqdim edəcək, polis elektron sistemdə onun kimliyini müəyyən edəcəkdir. Əgər vətəndaş səbəbsiz çıxıbsa, karantin qaydalarının pozulması kimi qiymətləndiriləcəkdir”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, hazırda bu sənəd üzərində işlənir. Yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.

Baqişev bildirib ki, karantin rejimi qaydalarına əsasən, hər kəsin üzərində şəxsiyyət vəsiqəsi və iş yerindən sənədi olmalıdır. Hər kəs xidmət etdiyi yerin vəsiqəsini və ya arayışını təsdiq etməklə sərbəst hərəkət edə bilərr. Əlavə arayışa ehtiyac yoxdur. Bu qayda birinci kateqoriyaya daxil olan xidmət orqanlarına aiddir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password