AQTA çörəyin gigiyenik normalara əməl edilmədən satışına münasibət bildirib

Bütün dünyada yayılan koronavirus pandemiyasından qorunmaq üçün əsas tələblərdən biri gigiyenik qaydalara əməl edilməsidir. Ancaq buna baxmayaraq, hələ də  Azərbaycanda gündəlik əsas qidalardan olan çörəyin açıq şəkildə və gigiyenik qaydalara əməl edilmədən satılması hallarına rast gəlinir.

Məsələ ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, ölkədə koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı AQTA əməkdaşları tərəfindən ərzaq məhsullarının satışı məntəqələrində monitorinqlər davam etdirilir: “AQTA əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı monitorinqlər keçirir. Eyni zamanda bu tədbirlər çərçivəsində  qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan əməkdaşların maarifləndirilməsi ilə bağlı geniş təbliğat işləri görülür. İndiyədək Agentlik əməkdaşları tərəfindən sahibkarlar arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib. Onlara termiki emal olunmadan və təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının xüsusi yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib. Eləcə də qida məhsullarının daşınması və saxlanılması qaydalarına əməl olunması ilə bağlı ərzaq məhsullarının satışı ilə məşğul olan ticarət müəssisələrinin sahiblərinə məlumat verilib ki, daşınması qaydalara uyğun şəkildə həyata keçirilməyən qida məhsulları, xüsusilə çörək, digər un məmulatları, qənnadı məmulatlarını satış şəbəkələrinə daxil etməsinlər”.

Qeyd edilib ki, Agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq  sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub. Maarifləndirmə tədbirləri çərçivəsində bu günlərdə respublikamızın bütün bölgələrində, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqələrində AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları da ərzaq satışı məntəqələrində quraşdırılıb: “Agentlik bir daha vətəndaşları ərzaq məhsullarının satışı obyektlərində tətbiq olunmuş koronovirusla bağlı xüsusi rejimə əməl etməyə, virusdan qorunmaq üçün tələb olunan metodiki göstərişlərdə  nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır”.(apa.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password