Pakistandan Azərbaycana böyük dəstək

Pakistanın İnsan Haqları üzrə Milli Komissiyasının sədri Əli Nəvaz Çouhan Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ regionunda keçiriləcək qondarma “parlament və prezident seçkiləri”ni pisləyib.

Aktualinfo.org xəbər verir ki,bu barədə Azərbaycanın İslamabaddakı səfirliyinin yaydığı bəyanatda deyilir.

Komissiya sədri bildirib ki, Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında qondarma “seçkilər” keçirməsi beynəlxalq normalara ziddir: “Mən 2020-ci il martın 31-də Azərbaycanın Ermənistan tərəfindən işğal etdiyi Dağlıq Qarabağ regionunda yaradılmış qanunsuz rejimin qondarma “parlament və prezident seçkiləri”nin keçirilməsini qətiyyətlə pisləyirəm. Azərbaycana dəstək olaraq Pakistan hökumətinə və BMT-yə qoşuluram. Həmçinin, Ermənistanın Xocalıda Azərbaycanın mülki sakinlərinə qarşı törətdiyi soyqırımı aktını bir daha pisləyirəm. Ermənistan öz təcavüzünə və soyqırımına görə məsuliyyət daşıyacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password