“Kredit ödənişlərinə 3 ay güzəşt tətbiq olunmalıdır” – Millət vəkili
Kredit ödənişlərinə 3 ay güzəşt tətbiq olunmalıdır”.
Bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
V.Bayramov bildirib ki, bununla bağlı Mərkəzi Bank da müvafiq addımlar atmalıdır: “Dünya bankları artıq bu istiqamətdə addım atır. Düşünürəm ki, bizdə də kommersiya bankları bu addımı atmalıdır. Koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər ödənişlərə də təsirsiz ötüşməyəcək. Hesab edirəm ki, Mərkəzi Bank da kommersiya banklarına müvafiq güzəştlər edərək likvidliyi qoruya bilər”.
Deputat gecikmələrə görə bankların əlavə faiz tətbiq etməməklə bağlı təşəbbüs göstərməsinin də vacib olduğunu deyib.