“AŞPA həmməruzəçilərinin düşüncəsi də koronavirusa yoluxub” – Əli Hüseynli

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri son açıqlamaları ilə isbat etdilər ki, hətta dünyanı bürüyən hazırkı bəşəri təhlükə şəraitində də Azərbaycana qarşı qeyri-sağlam niyyətlərindən vaz keçmirlər. Görünür, bu kimi şəxslərin düşüncəsi də koronavirusa yoluxub”.

Bunu  Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli AŞPA həmməruzəçiləri Sunna Evarsdottir, Rocer Geyl və Ştefan Şennakın Azərbaycana qarşı açıqlamalarına cavab olaraq bildirib.

Ə.Hüseynli qeyd olunan açıqlamaların müəlliflərinə Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibəti ilə xalqı təbrik edən zaman müxalifət partiyalarını da o cümlədən təbrik edərək dialoqa çağırmasını, böyük həmrəylik nümunəsi göstərməsini xatırladıb:

“Azərbaycan müxalifətinin böyük əksəriyyəti, vətəndaş cəmiyyətinin nümayəndələri Prezidentin bu çıxışının tezislərinə tərəfdar çıxdıqlarını bildirdilər. Görünən odur ki, həmməruzəçilər cənab Prezidentin bu çıxışının mahiyyətini anlamayıblar, yaxud da anlamaq düşüncəsində deyillər. Cənab Prezident bu ağır günlərdə nəinki nümunəvi addımları və gördüyü tədbirlər ilə daha da sıx olaraq xalqla birlikdədir, hətta hazırkı ümumbəşəri təhlükəyə qarşı gördüyü tədbirlər nəticəsində Azərbaycan bu gün həmin həmməruzəçilərin ölkələrinə nümunədir. Bunu dünya qiymətləndirir, müvafiq beynəlxalq təşkilatlar da nümunə çəkir”.

Ə.Hüseynli Azərbaycanda son vaxtlar islahatların yeni mərhələsini, müxtəlif sahələrdə aparılan radikal yenilikləri, o cümlədən bunların fonunda parlamentin yenilənməsini bir daha xatırladaraq həmməruzəçiləri ilk növbədə düşüncələrində islah olunmağa çağırıb:

“Onlar bu açıqlamaları ilə bu çətin günlərdə ölkələrinin, təmsil etdikləri qurumun etimadına zərbə vururlar. Halbuki insanlar bu gün ümumbəşəri həmrəylik ehtiyacı içindədir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password