ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırdı

COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb.

Bu barədə  ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılmasında fəallığın artırılması, həmçinin cavab və hazırlıq üzrə texniki mütəxəssislərə dəstəyin və risk şəraitində kommunikasiya efektivliyinin artırılması məqsədilə ayrılıb.

Son 20 ildə ABŞ Azərbaycanda təkcə səhiyyə sahəsinə 41 milyon dollara yaxın, ümumilikdə isə 890 milyon dollardan artıq yardım ayırıb.

Daha əvvəl Dövlət katibi Maykl Pompeo ABŞ-ın koronavirusdan daha çox əziyyət çəkən ölkələrə kömək üçün 274 milyon dollar ayırdığını söyləyib. Bu vəsait 64 ölkə arasında bölüşdürüləcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 600 min nəfəri keçib, 27 mindən çox adam isəvirus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVİD-19 qoyub,martın 11-də isə koronavirusu pandemiya elan edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password