ABŞ kəşfiyyatının “köhnə” proqnozunda daha nələr var?
ABŞ Milli Kəşfiyyat Şurası 10 il əvvəl bəşəriyyətin virus pandemiyası ilə üzləşəcəyi barədə proqnoz verib. Milli Kəşfiyyat Şurasının 2012-ci ildə hazırladığı “ Qlobal Trendlər 2030 –Alternativ Dünya” hesabatında qarşıdakı 20 ildə dünya üçün aktual olacaq çağırışlar yer alıb.
160 səhifəlik hesabatda çağdaş beynəlxalq sistem, dünya dövlətləri, onların üzləşə biləcəyi problemlər araşdırılıb. Siyasi, iqtisadi, sosial, sağlamlıq vəəhali artımını əhatə edən bu proqnozlaşdırmalarda ciddi məqamlar diqqəti çəkir, böyük dağıntılara səbəb ola biləcək potensial təhlükələri sadalayıblar.
Analitiklər ABŞ, Rusiya, Çin, Asiya, Avropa, Yaxın Şərqdə gözlənilən proseslərə dair təhlillərini qeyd ediblər.
Bu sırada “qara qu quşu” – böyük dağıntılara səbəb ola biləcək potensial təhlükələr sırasında kəskin pandemiya qeyd olunub/
“Heç kim öncədən deyə bilməz ki, insanlar arasında yayılacaq pataqoniya hansı olacaq. Asan ötürülə bilən, öz qurbanlarının bir faizini öldürə biləcək yeni virus ən dağıdıcı hadisələrdən ola bilər. Belə yayılma altı ay ərzində dünyanın bütün yerlərində milyonlarla insanın əzablı ölümünə səbəb ola bilər” –deyə hesabatda vurğulanır.
Hesabatda modelləşdirilmiş alterantiv dünyanın üzləşə biləcəyi problemlərin dalğa-dalğa gələcəyi qeyd olunur: “Alimlərin xəbərdarlıq etdiyi ölümcül virus cənub-şərqi Asiyadan alovlanacaq. Yüksək təhüləkəsizlik və sərhəd nəzarəti olan ABŞ, bir neçə Avropa dövləti və hətta Çin yayılan pandemiyanın öhdəsindən gələ bilər”.
Daha sonra hesabatda pandemiya zamanı dünyanın mənzərəsi modelləşdirilir: “Təyyarə reysləri təxirə salınır, gəmilər dayanır. Tvitter pandemiyanın ən qaynar vaxtı fəaliyyət göstərməyə cəhd edir. Bİr çox ölkələr sosial şəbəkələri panika yaydığına görə bağlayırlar. Bu pandemiyanın nəticəsində hamının gözü qarısında dünyanın yeni xəritəsi peyda olur”.
Hesabat müəlliflərinin fikrincə, bu yeni mental xəritə Şimal, Cənub, Şərq və Qərb arasında uçurumu genişləndirəcək.
Ümumdünya pandemiyası daha çox qloballaşma ideoloqlarını pərişan edəcək.
Hesabatda beynəlxalq sistem, dövlətlərarası münasibətlərə dair proqnzlar əksini tapıb: “Biz hesab edirik ki, böyük dövlətlərin qarşıdurmadan çəkindirən faktorlar öz gücünü saxlayacaq.
Bununla yanaşı beynəlxalq sistemdəki dəyişikliklər üzündən dövlətlərarası münaqişə riskləri güclənir. “Soyuq müharibə”nin yaratdığı balans dəyişməyə başlayıb”.
Hesabatda vurğulanır ki, qarşıdakı 15 -20 il ərzində ABŞ dünyada sistemli qoruyucu və qarant rolunu oynamaq uğrunda mübarizə aparacaq. ABŞ-ın qlobal təhlükəsizliyin idxalçısı olmaq faktoru qeyri-sabitliyə rəvac verən faktor olacaq. Xüsusən bu Asiya və Yaxın Şərqdə özünü göstərəcək.
“Beynəlxalq sistemin fraqmental halı, beynəlxalq əməkdaşlığa artıq səmərəli forma kimi baxılmaması əsas dünya oyunçularını rəqabət potensialını, hətta qüdrətli dövlətlər arasında münaqişəni artıracaq. Amma əgər belə münaqişə yaransa belə bu dünya müharibəsi səviyyəsində olmayacaq”-deyə analitiklər proqnoz veriblər.
Analitiklərin fikrincə, “risk səbətləri” dövlətlərarası münaqişə şansını artıra bilər: Əsas oyunçular olan Çin, Hindistan və Rusiyanın geopolitik çıxarlarında olan dəyişikliklər; Resurslarla bağlı mübahisələrin yüksəlməsi…
Hesabatda deyilir ki, hazırki terrorçulğun fazası 2030-cu ilə qədər sona çatacaq: “Amma terror çətin ki, tam itsin. Bir çox dövlətlər terror qruplarından öz müdafiəsizliyini hiss etdikləri üçün istifadəni davam etdirəcklər. Ölümcül texnologiyalara, kiber texnikaya əli çatan insanlar öz xidmətlərini yüksək məbləğdə terrorçulara təklif edə bilərlər”.
Hesabatda iqlim dəyişikiyi, maliyyə böhranı, günəş maqnit fırtınaları, bir sıra dövlətlərdə demokratikləşmə cəhdləri qlobal trendlər siyahısına salınıb.
Hesabatın hazırlanmasında ABŞ-ın İndiana, Texas, Kaliforniya, Nyu-Meksiko, Pensilvaniya, Massaçusets, Kolorado, Tennessi, Nyu-York, Nyü-Cersi universitetlərinin ekspertləri iştirak edib.(azpost.info)