Sumqayıt Dövlət Universiteti də Prezidentin çağırışına qoşuldu

Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının onlayn keçirilən iclasında verilmiş qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat pul vəsaiti köçürülüb.

Bu barədə Aktualinfo.org-a Sumqayıt Dövlət Universitetindən verilən məlimatda bildirilir. Məlumatda həmçinin qeyd edilir ki, universitetin rektoru, professor Elxan Hüseynov Elmi Şuranın onlayn keçirilən iclasında Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələrini narahat etməkdə və təəssüf  ki, sürətlə yayılmaqda olduğunu bildirib. Rektor qeyd edib ki,Azərbaycan ərazisində virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlətimiz operativ və qabaqlayıcı tədbirlər görür və bu işlər davam etməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyə və tələblərinə ölkəmizdə ciddi əməl olunur. Azərbaycan ictimaiyyətini narahat edən bu xəstəliyin tezliklə aradan qalxması işinə yardım məqsədi ilə ölkəmizdə fəaliyyət göstərən təşkilatlar könüllü olaraq Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti ilə yardım etmək prosesində fəal iştirak edirlər. Bu tarixi hadisə Azərbaycan xalqının birliyini, bir yumruqda birləşdiyini bir daha sübut etdi.  

Rektor onu da qeyd edibi ki, universitetdə dərslərin dayandırılmasına baxmayaraq tədris prosesi onlayn qaydada bugün də davam etdirilir.  

Rektor Elxan Hüseynov Şura üzvlərinə müraciətində hamını bu məsələdə həmrəy olmağa, dövlətin verdiyi qərarlara məsuliyyətlə yanaşmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırıb.

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password