Gürcüstanın milli valyutası rekord səviyyədə ucuzlaşıb

Gürcüstan milli valyutası olan larinin ABŞ dollarına qarşı məzənnəsi rekord səviyyəyə yüksəlib.

 Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, martın 25-də 1 ABŞ dolları 3,4494 lariyə bərabər olacaq. Bu gün isə 1 dolların rəsmi məzənnəsi 3,2389 lari təşkil edib.

Lari avro qarşısında da ucuzlaşıb. Rəsmi məzənnəyə görə, 1 avro 3,7436 lari səviyyəsində müəyyənləşib. Bu gün isə 1 avro 3,4578 lariyə satılıb.

Qeyd edək ki, bu, Gürcüstan tarixində qeydə alınmış larinin ən aşağı rəsmi məzənnəsidir.(apa.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password