Trampdan Çinə ittiham: “Vəziyyəti gizlətdi”

ABŞ Prezidenti Donald Tramp Çini ittiham edib.

ABŞ Prezidenti Tramp Çinin koronavirusla bağlı problemi gizlətməkdə, onun yayılması ilə bağlı əsl durumu açıqlamamaqda ittiham edib.

Bu barədə “Metro” nəşri yazıb. “Washington Post” yanvar ayında Trampı koronavirusla bağlı məlumatlara fikir verməməkdə ittiham edib. Tramp Ağ Evdə bu gün keçirdiyi brifinqdə bu iddianı da yalanlayıb. Bildirib ki, ölkə əhalisinin Çinə getməsinə qadağa qoyulması vəziyyəti ilk günlərdən ciddiyə almağının göstəricisidir: “Mən oradakı vəziyyəti bilən kimi Çinə səfərləri dayandırdım. Çinə hörmət edirəm, bu ölkə xoşuma gəlir. Çin lideri ilə də münasibətin əladır. Ancaq istərdim ki, onlar daha əvvəl bu barədə bizə məlumat verəydilər. O zaman çıxış yolu tapmaq olardı”.(cebhe.info)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password