Operativ Qərargahdan Bakıda işləyən rayon qeydiyyatlı şəxslərlə bağlı açıqlama

Sosial izolyasiya tədbirləri tətbiq olunana qədər Bakı, Sumqayıt və Abşeronda qeydiyyatda olan şəxslər bu ərazilərdən kənara gediblərsə, onlar rahat şəkildə geri qayıdacaqlar.

Bunları xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, eyni zamanda Naxçıvanda qeydiyyatda olub, hazırda Bakıda olan şəxslər də geri qayıda biləcəklər:

“Bununla bağlı problem yoxdur. Amma qadağa tətbiq olunduqdan sonra gedib-gəlmək artıq mümkün olmayacaq. Rayon qeydiyyatında olub, amma Bakıda işləyən şəxslərin paytaxta girişi Daxili Işlər Nazirliyinin əməkdaşları tərəfindən yerində tənzimlənəcək. Vətəndaşlar arxayın olsunlar ki, bütün məsələlər onların xeyrinə həll ediləcək. Əgər rayon qeydiyyatında olan şəxs Bakıda işləyirsə və öz iş yerinə gedib çatmalıdırsa, təbii ki, belə hallar vətəndaşların xeyrinə nizamlanacaq”.

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password