Azərbaycanlı vəkil elektron maska icad etdi
Vəkil Türkel Süleymanlı koronavirusa qarşı yeni maska icad edib…
Bu barədə açıqlama verən vəkil bildirib ki, innovativ yeniliklərlə təchiz olunan maska adi qoruyucular kimi sadəcə virusun keçməsinə sərhəd qoymur, eyni zamanda virusları məhv edir.
Çünki yeni növ maskalar hazırda mövcud olan respiratorlar kimi kömür deyil, elektrondur.
Vəkil bildirib ki, maska lazımi vaxt açıla bilər, çünki güc mənbəyi var. Bundan əlavə, geyinməyə ehtiyac olmadığı zaman söndürülə bilər. Təkrar istifadə edilə bilən maska özünü təmizləyir. Cib telefonu kimi şarj etmək olur.
Vəkil maskanı hazırlayarkən alimlərlə – bakterioloq Əbülfət Alıyev və bu ixtiraya müsbət rəy verən biologiya elmləri doktoru Ramiz Əliyevlə məsləhətləşib.
Qeyd edək ki, Türkel Süleymanlı martın 13-də maskanın patentini almaq üçün Dövlət Müəllif Hüquqları Agentliyinə müraciət edib.
“E-MASK adlanan yeni elektron respiratorun daha da təkmilləşdirilməsi ilə təkcə koronavirusla mübarizədə deyil, digər təhlükəli infeksiyalara qarşı da kömək edə biləcəyini düşünürük. Maska əvvəlki oxşarlarından fərqli olaraq tamamilə fərqli prinsiplər üzərində işləyir. Sizin köməyinizlə e-MASK haqqında məlumatı səlahiyyətli orqanlara çatdırmaq istəyirəm. Gələcəkdə Azərbaycan yalnız MDB məkanında deyil, hüdudlarından kənarda da yeni elektron maskaların istehsalını və satışını qura bilər”, – deyə vəkil bildirib.(oxu.az)