Türkiyədə koronavirusa yoluxanların sayı bir gündə 3 dəfə artdı
Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı 18-dən 47-yə yüksəlib.
Türkiyə mətbuatının verdiyi xəbərlərdə bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.
Nazir bildirib ki, bir sutka ərzində 29 yeni yoluxma qeydə alınıb.
Onun sözlərinə görə, hazırda Türkiyədə xüsusi rejimli xəstəxanalarda müalicə alanlar ABŞ, Avropa ölkələri və Yaxın Şərq bölgəsində infeksiyaya yoluxublar. Xəstələrdən üçü Səudiyyə Ərəbistanından ziyarətdən gələnlərdir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Dünyada 164 mindən çox insan bu virusa yoluxub, 6,4 mindən çoxu dünyasını dəyişib.