Avropa Liqası: “Başakşehir” və “Şaxtyor”dan inamlı qələbə
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından daha 3-ü başa çatıb.
Aktualinfo.org-un məlumatına görə, qarşılaşmaların ikisində qonaqlar qələbə qazanıbsa, biri heç-heçə ilə yekunlaşıb.
Ukrayna “Şaxtyor”u Almaniyada azarkeşsiz keçirilmiş görüşdə “Volfsburq”u məğlub edib – 2:1. Bu görüşlərdə tərəflər hərəyə bir penaltidən yararlana bilməyiblər.
Almaniyanın digər təmsilçisi “Bayer” Şotlandiyada “Reyncers” üzərində inamlı qələbə qazanıb – 3:1. Bu matçda isə Leverkuzen komandası qollarından ikincisini penaltidən vurub.
İngiltərə “Vulverhempton”u Yunanıstanda “Olimpiakos”la heç-heçəyə nail olub – 1:1. Qonaq komandadan Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun adı “18-liy”ə daxil edilməyib.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunlarında İngiltərə “Mançester Yunayted”i Avstriyada LASK-ı 5:0, İsveçrə “Bazel”i Almaniyada “Frankfurt”u 3:0, “Başakşehir” isə Türkiyədə Danimarka “Kopenhagen”ini 1:0 hesabı ilə yenib.
“Sevilya” (İspaniya) – “Roma” (İtaliya) və “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) qarşılaşmaları isə koronavirus səbəbindən təxirə salınıb.
Avropa Liqası
1/8 final, ilk oyunlar
13 mart
00:00. “Reyncers” (Şotlandiya) – “Bayer” (Leverkuzen, Almaniya) – 1:3
Qollar: George Edmundson, 75 – Kay Haverts, 37 (pen.). Çarles Arangis, 67. Leon Beyli, 88
00:00. “Volfsburq” (Almaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 1:2
Qollar: Con Bruks, 48 – Junior Moraeş, 17. Markos Antonio Silva, 73
İstifadə olunmamış penaltilər: Vaut Veqhorts, 45+2 – Viktor Kovalenko, 22
00:00. “Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) – 1:1
Qollar: Yussef El-Arabi, 54 – Pedru Netu, 67
Qırmızı vərəqə: Ruben Semedu, 29 (“Olimpiakos”)
Qeyd edək ki, cavab görüşləri martın 19-da olacaq.
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarından 3-ü başa çatıb.
Türkiyənin yeganə təmsilçisi “Başakşehir” Danimarka “Kopenhagen”ini qəbul edib. İstanbul komandası Edin Vişçanın 88-ci dəqiqədə penaltidən vurduğu qolla qələbəyə nail olub – 1:0.
Digər oyunlarda İngiltərə “Mançester Yunayted”i Avstriyada LASK-ı 5:0, İsveçrə “Bazel”i isə Almaniyada “Ayntraxt”ı 3:0 hesabı ilə darmadağın edib. “Qırmızı şeytanlar” son 55 ildə avrokuboklarda ən böyük hesablı səfər qələbəsinə imza atıblar. Sonuncu dəfə “Mançester Yunayted” 1965-ci il Yarmarkalar Kubokunun 1/4 finalında Fransa “Strasburq”unu eyni hesabla yenib.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:00-da daha 3 görüşə start veriləcək. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) və “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) görüşləri isə təxirə salınıb.
Avropa Liqası
1/8 final mərhələsi, ilk oyunlar
12 mart
21:55. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Bazel” (İsveçrə) – 0:3
Qollar: Samuele Kampo, 27. Kevin Bua, 73. Fabian Fray, 85
21:55. “Başakşehir” (Türkiyə) – “Kopenhagen” (Danimarka) – 1:0
Qol: Edin Vişça, 88 (pen.)
21:55. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) – 0:5
Qollar: Odion İqalo, 28. Daniel Ceyms, 58. Xuan Mata, 82. Meyson Qrinvud, 90+2. Andreas Pereyra, 90+3