Şirzad Abdullayev vəzifəsindən azad edilib

İqtisadiyyat Nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Bu barədə “report” məlumat yayıb.

Xatırladaq ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin edilmişdi. O, bu təyinata qədər Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondunun) icraçı direktoru olub.

Bir neçə gün öncə yerli KİV-də Şirzad Abdullayevin barəsində yayılan məlumatlarda onun ictimai nəqliyyatdan istifadə etdiyi bildirilirdi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password