Çempionlar Liqası: PSJ 1/4 finalda, “Liverpul” isə turnirlə vidalaşdı
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha bir cavab görüşü yekunlaşıb.
Aktualinfo.org xəbər verir ki, turnirin son qalibi “Liverpul” “Enfild” stadionunda İspaniyanın “Atletiko” komandasını qəbul edib. Əsas vaxt meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 43-cü dəqiqədə Jorjinyo Veynaldum vurub.
İlk matçda “Atletiko” da eyni hesabla qalib gəldiyi üçün 30 dəqiqəlik əlavə vaxt təyin olunub. 94-cü dəqiqədə Roberto Firmino “Liverpul”un üstünlüyünü 2:0-a çatdırıb. Lakin Madrid təmsilçisinin yarımmüdafiəçisi Markos Lyorente 97-ci və 105+1-ci dəqiqələrdə vurduğu qollarla “dubl” edib. Nəticədə İspaniya komandası səfərdə 2:2 hesablı heç-heçəyə nail olaraq, adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, daha əvvəl Fransa PSJ-si Almaniyanın “Borussiya” (Dortmund) komandasını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb – 2:0, 1:2. Ötən gün isə Almaniya “Leyptsiq”i İngiltərə “Tottenhem”ini (1:0, 3:0), İtaliya “Atalanta”sı isə İspaniya “Valensiya”sını (4:1, 4:3) üstələyərək, 1/4 finala yüksəlib. Qalan 4 cavab görüşü gələn həftə olacaq.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunu
12 mart
00:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (Madrid, İspaniya) – 2:2 (ƏLAVƏ VAXT – 1:2)
Qollar: Jorjinyo Veynaldum, 43. Roberto Firmino, 94 – Markos Lyorente, 97; 105+1
Baş hakim: Danni Makkeli (Niderland)
“Enfild” stadionu
İlk oyun – 0:1
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə daha bir vəsiqənin sahibi müəyyənləşib.
Bu, Fransa PSJ-sidir. Baş məşqçi Tomas Tuxel hazırda rəhbərlik etdiyi kollektivlə 1/8 final mərhələsində keçmiş klubu – Almaniyanın “Borussiya” (Dortmund) komandasını mübarizədən kənarlaşdırıb. 1:2 hesablı məğlubiyyətlə yekunlaşmış ilk görüşün revanşında Paris təmsilçisi dortmundluların qapısından 2 cavabsız top keçirib – 2:0.
Hesabı 28-ci dəqiqədə Neymar açıb. 45+1-ci dəqiqədə isə Xuan Bernat PSJ-nin növbəti qolunu vurub.
Beləliklə, Fransa komandası iki oyunun yekununda topların nisbətində daha üstün olduğu üçün mərhələ adlayıb.
Matç koronavirus infeksiyası səbəbindən azarkeşsiz keçirilib.
Qeyd edək ki, daha öncə Almaniya “Leyptsiq”i İngiltərə “Tottenhem”ini (1:0, 3:0), İtaliya “Atalanta”sı isə İspaniya “Valensiya”sını (4:1, 4:3) mübarizədən kənarlaşdıraraq, 1/4 finala yüksəlib.
Hazırda “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) görüşündə əlavə vaxt oynanılır. Əsas vaxt Çempionlar Liqasının son qalibinin üstünlüyü ilə yekunlaşıb – 1:0. İlk görüşdə Madrid təmsilçisi də eyni hesabla qələbə qazandığı üçün 30 dəqiqəlik əlavə vaxta ehtiyac duyulub. Bu bölümdə də hesab dəyişməsə, cütün qalibi penaltilər seriyasında müəyyənləşəcək.
Qalan 4 cavab görüşü gələn həftə keçiriləcək.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunu
12 mart
24:00. PSJ (Fransa) – “Borussiya” (Almaniya, Dortmund) – 2:0
Qollar: Neymar, 28. Xuan Bernat, 45+1
Baş hakim: Entoni Teylor (İngiltərə)
“Park de Prens” stadionu
İlk oyun – 1:2.