Bahar Muradova deputat seçilmiş Hicran Hüseynovanın yerinə təyin edildi

Prezident İlham Əliyev B.Ə.Muradovanın Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilsin.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Hicran Hüseynova  41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisə deputat seçildikdən sonra Prezident İlham Əliyevin 09.03.2020-ci il tarixlı Sərəncamı ilə vəzifəsindən azad edilmişdi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password